Polis Ermənistanın Baş nazirinin oğluna hücumla bağlı müraciət almayıb...
Poliqon xəbər verir ki, Ermənistan parlamentin sədri Alen Simonyan İrəvanda Aşot Paşinyana hücum edildiyini bildirib.
Ermənistan polisi baş nazirin oğlu Aşot Paşinyana hücumla bağlı sosial şəbəkələrdə yayılan məlumatlara münasibət bildirib. Sputnik Ermənistan-a hüquq-mühafizə orqanının mətbuat xidmətindən verilən məlumata görə, polisə hücumla bağlı heç bir müraciət daxil olmayıb.
Qeyd edilir ki, Ermənistan Milli Məclisinin sədri Alen Simonyan sosial şəbəkədə Paşinyanın oğluna hücum barədə yazıb.
Poliqon.info