Ermənistanın baş naziri Nikol Paşinyan sentyabrın 21-də qeyd olunan ölkənin Müstəqillik Günü münasibətilə ölkə sakinlərinə müraciət edib...
Poliqon "RİA Novosti" Agentliyinə istinadən xəbər verir ki, Paşinyanın çıxışında Dağlıq Qarabağla bağlı heç bir söz olmayıb.
Paşinyan çıxışı zamanı bildirib ki, Ermənistanın gələcək inkişafı üçün “münaqişəsiz mühit” lazımdır. Onun sözlərinə görə, ölkə müstəqillik naminə bu yolla getməlidir.
Daha əvvəl Ermənistanın “Hraparak” qəzeti yazıb ki, Ermənistanın baş naziri keçmiş "Dağlıq Qarabağ"la bağlı vəziyyət və ölkədəki etirazlar fonunda istefa vermək niyyətində deyil.
Qeyd edək ki, Azərbaycan Ordusunun Qarabağ iqtisadi rayonunda keçirdiyi lokal antiterror tədbirləri keçirib. Ötən gün Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alınaraq, antiterror tədbirləri dayandırılıb. Razılığa Nəticədə əsasən, Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərksilah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır. Paralel şəkildə bütün silah-sursat və ağır texnika təhvil verilir. Proseslər Rusiya sülhməramlı kontingenti ilə əlaqələndirilmiş şəkildə həyata keçirilməsi təmin edilir.
Poliqon.info