Şənbə, 27 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Paşinyan istefaya göndətdiyi Vahan Kerobyanı əvəz edəcək adamı tapıb

İqtisadiyyat naziri vəzifəsinə namizəd axtarışı Baş nazir Nikol Paşinyan üçün əsl sınaq olub...

Ermənistanın istefaya göndərilmiş iqtisadiyyat naziri Vahan Kerobyanın yerini böyük ehtimalla ki, AET sənaye və aqrar-sənaye kompleksi üzrə kollegiya üzvü kimi səlahiyyətləri bir neçə gün əvvəl başa çatan Artak Kamalyan tutacaq.

Poliqon xəbər verir ki. bu barədə Ermənistanın “Hraparak” qəzeti məlumat yayıb. Qəzet yazır ki, İqtisadiyyat naziri vəzifəsinə namizəd axtarışı Baş nazir Nikol Paşinyan üçün əsl sınaq olub.

“Hakim “QD”dən olan deputatlar Gevorq Papoyan və Babken Tunyanın adları mediada aktiv şəkildə tirajlanır, lakin Paşinyan onları nəzərə almır, çünki parlamentdə praktiki olaraq hüquqi savadlı parlamentari yoxdur”, deyə “Hraparak” yazır.

Qəzet qeyd edir ki, Babken Tunyan da öz növbəsində nazir vəzifəsinə maraq göstərmir.

Kamalyan 2020-ci il fevralın 1-də dörd il müddətinə AET-yə göndərilib. Bundan əvvəl o, kənd təsərrüfatı, sonra isə iqtisadiyyat nazirinin müavini vəzifələrində çalışıb.

Xatırladaq ki, fevralın 14-də Vaan Kerobyan iqtisadiyyat naziri vəzifəsindən istefa verdiyini açıqlayıb. Fevralın 15-də o, İstintaq Komitəsinə dindirilməyə çağırılıb və ona qarşı ittiham irəli sürülüb.

Söhbət İqtisadiyyat Nazirliyində intensiv bağların inkişafı üçün keçirilən tenderlə bağlı səs-küylü cinayət işi ilə bağlıdır. Bu iş üzrə Energetika Nazirliyinin keçmiş rəis müavini Ani İspiryan da ev dustaqlığındadır.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Keçəlliyə qarşı dərman olan əməköməcinin bilmədiyiniz faydaları

Dörd aylıq körpə binadan necə düşüb? - Təfərrüatlar, Yenilənib

Dünyanın ucuz şəhərləri: Qiymətlər çox sərfəlidir - Siyahı

Günel Zeynalova xəstəxanadan görüntüsünü paylaşdı - Foto

Arda Gülər "Real"da növbəti qolunu vurdu - Video

ABŞ Ukraynaya silah alınması üçün fantastik məbləğ ayırdı

İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər - Yenilənib

Ukrayna Rusiyaya məxsus helikopteri Moskva aerodromunda məhv etdi

İlham Əliyev Berlindəki iqlim dialoqunda iştirak edib - Yenilənir, Video, Fotolar

SOCAR və “Qazprom”un prezidentləri görüşüblər

Ən çox oxunanalar