Şənbə, 27 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

Ermənistan hökumətinin başçısı Tavuş sakinlərinə Azərbaycanla sərhədi delimitasiya etməkdən imtinanın nəticələrindən danışıb...

Poliqon “Sputlik Ermənistan” portalına istinadən xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Tavuş rayonunun Voskepar kəndinin sakinləri ilə görüşündə Ermənistan tərəfinin Azərbaycanla sərhədin delimitasiyası və demarkasiyası məsələlərini müzakirə etməkdən imtina edəcəyi təqdirdə “həftənin sonuna qədər” yeni müharibə olacağını bildirib.

Sakinlərdən birinin sualını cavablandıran Paşinyan bildirib ki, indi ayağa qalxıb zalı tərk edə bilər və o zaman da delimitasiya və demarkasiya olmayacaq.

“Amma bu o deməkdir ki, həftənin sonunda müharibə olacaq. Mən bu müharibənin sonunda nə olacağını bilirəm. Sonra Respublika meydanında hardasa görüşəndə deyəcəksən: “Yaxşı, biz sadə kənd adamlarıyıq, heç bir məlumatımız yox idi, amma siz hər şeyi bilirdiniz”, deyə Ermənistanın Baş naziri deyib.

Paşinyan həmçinin əlavə edib ki, Ermənistan nəsə verirsə, bunun müqabilində nə isə tələb edir. Onun sözlərinə görə, Azərbaycan prezidenti İlham Əliyev özü 30 il tələb edib, addım-addım tələb etdiyini alıb.

Qonşu Kirantsa kəndində isə Paşinyan bildirib ki, delimitasiya və demarkasiya nəticəsində Azərbaycan Silahlı Qüvvələri ilə mövcud təmas xətti tanınmış sərhədə çevriləcək və orada hərbçilərin əvəzinə sərhədçilər olacaq.

"Sərhəd qanuni hasardır. Delimitasiyanın ən mühüm nəticəsi o ola bilər ki, qoşunlar öz mövqelərini tərk etsinlər və onların yerinə sərhədçilər gəlsinlər. Sərhədçilərin dayandığı yerdə bir-birinə atəş açmaq adət deyil”, deyə Paşinyan bildirib.

Xatırladaq ki, Tavuşda sərhədin delimitasiyası və ərazi güzəştləri mövzusu martın 9-da Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevin ofisi bildirib ki, “4 eksklav kəndinin azad edilməsi məsələləri” həll olunmalıdır.

Bəyanatda Yuxar Əskipara və Kərki (Verin Voskepar və Tiqranaşen erməni adları), həmçinin Sofulu və Barxudarlı (boş yaşayış məntəqələri) qeyd edilib. Həmçinin Bakı dörd “qeyri-eksklav” kəndin, Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılqacılı kəndlərinin də boşaldılmasını tələb edir.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Keçəlliyə qarşı dərman olan əməköməcinin bilmədiyiniz faydaları

Dörd aylıq körpə binadan necə düşüb? - Təfərrüatlar, Yenilənib

Dünyanın ucuz şəhərləri: Qiymətlər çox sərfəlidir - Siyahı

Günel Zeynalova xəstəxanadan görüntüsünü paylaşdı - Foto

Arda Gülər "Real"da növbəti qolunu vurdu - Video

ABŞ Ukraynaya silah alınması üçün fantastik məbləğ ayırdı

İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər - Yenilənib

Ukrayna Rusiyaya məxsus helikopteri Moskva aerodromunda məhv etdi

İlham Əliyev Berlindəki iqlim dialoqunda iştirak edib - Yenilənir, Video, Fotolar

SOCAR və “Qazprom”un prezidentləri görüşüblər

Ən çox oxunanalar