Şənbə, 04 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Partlayışda xəsarət alan neftçilərin son durumu açıqlanıb

SOCAR-ın qayığında baş verən partlayışda xəsarət alan şəxslərin son durumu açıqlanıb...

Səhiyyə Nazirliyi dünən SOCAR-ın qayığında baş verən partlayış zamanı xəsarət alaraq xəstəxanaya yerləşdirilən 3 nəfərin vəziyyəti ilə bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, yaralılardan birinin müalicəsi reanimasiya şöbəsində davam edir və vəziyyəti ağır qiymətləndirilir, digər iki nəfər isə cərrahiyyə şöbəsində palataya köçürülüblər. Vəziyyətləri orta ağır kimi qiymətləndirilir.

Qeyd edək ki, oktyabrın 29-da saat 13:30 radələrində Gürgan qəsəbəsinin yaxınlığında dənizin dayaz hissəsində seysmik kəşfiyyat işlərində istifadə edilən partlayıcı maddəni təyinat nöqtəsinə aparan ekspedisiyanın qayığında partlayış baş verib.

Nəticədə SOCAR-ın əməkdaşlarından Məmmədov Habil Gülməmməd oğlu həlak olub, Vəliyev Azər Vaqif oğlu, Paşayev Bəhruz Rafiq oğlu və müqavilə əsasında xidmət göstərən qayıqçı Xəlilov Böyükağa Məmmədağa oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq, təcili yardım maşını ilə 5 saylı şəhər xəstəxanasına çatdırılıblar.

Hazırda onların müalicəsi Mərkəzi Neftçilər Xəstəxanasında davam etdirilir.

pia.az


Etiket: SOCAR partlayış

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması

Afaq Bəşirqızının məsləhəti qalmaqal yaratdı: Sevgi, yoxsa pul? - Video

İlon Maskdan ABŞ dolları ilə bağlı xəbərdarlıq - Foto

Keçmiş məcburi köçkünlər üçün inşa edilmiş mənzillər zəif satılır - Video

Ərdoğan: “Türkiyə siyasətində yumşalma prosesinə başlamaq istəyirəm”

Gədəbəydə məmurla kənd sakini arasında insident: Həbs olunan var

Arda Güler komanda yoldaşlarından şikayətlənib - Video

Türkiyədə artan inflyasiya Azərbaycanda hansı sahələrə təsir edir?

Mişel ilə Kobaxidze arasında telefon danışığı olub: “Tarixi şansı qaçırmayın”

“Bavariya” və “Mançester Yunayted” arasında məşqçi mübadiləsi baş tuta bilər

Ən çox oxunanalar