Bazar, 06 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Partiya sədrindən deputatların maaşlarının artırılmasına reaksiya: "Burunlarından gəlsin"

“Deputatların çoxu xalqla əlaqəsi olmayan insanlardır. Onlar həkimlərin, müəllimlərin, təqaüdçülərin, qazilərin, əlillərin aldıqlarından və yaşamalarından xəbərdar deyil”.

Bunu deputatların maaşlarının artırılmasına münasibət bildirən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Yenicag.az-a açıqlamasında deyib.

Hafiz Hacıyevin sözlərinə görə, deputatlar maaşlarının artırılmasını haqq etmir:

“Deputatlar var ki, onlar heç deputat deyillər, onlar təyin edilmiş insanlardır. Onları xalqın vəziyyəti düşündürmür, çünki onları xalq seçməyib, ona görə də xalqa hesabat vermirlər. Onların çoxu xalqla əlaqəsi olmayan insanlardır. Onlar həkimlərin, müəllimlərin, təqaüdçülərin aldıqlarından və yaşamalarından xəbərdar deyil. Onlar özlərinə hörmət etsəydi, etiraz edərdilər ki, ayrılan pullar qazilərə, əlillərə verilsin. Onlarda o vicdan yoxdur. Hamısı fürsət axtarırlar ki, dövlətə xəyanət etsinlər və edirlər də. Ramiz Mehdiyevin yığdığı, təyin etdiyi deputatlardan yaxşı nə gözləyirsiniz? Sabah onlara desələr ki, Azərbaycan müstəqilliyini itirsin, ona da səs verəcəklər.

Əhalinin belə vəziyyətində onların maaşlarından gileylənmələrinə çox pis baxıram. Bir neçəsini çıxmaq şərti ilə deputatlarda vicdan yoxdur. Deputatların maaşlarının qaldırılmasına çox pis baxıram. Bircə şey deyirəm, onların burnundan gəlsin”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Pensiya alanlara şad xəbər - 2 yerdən pul ala biləcəklər - Video

Buzovnada ata və oğlu qonşularını bıçaqlayıb, ölən və yaralılar var - Yenilənib

Xaricdə ali təhsil almış şəxslər peşə tanınması imtahanı veriblər - Yenilənib

Səhər edilən bu səhv xərçəng riskini artırır - Alimlər açıqladı

İsrailin məktəb və məscidə hava zərbələri nəticəsində 24 nəfər öldü, 93 yaralı var

MOSSAD “Hizbullah”ın peycerlərini partlatmaq əməliyyatını 2022-ci ildən planlaşdırırmış

Kir Starmer: İran-İsrail münaqişəsi dünya üçün dağıdıcı nəticələrə səbəb olacaq

İsrailin İrana müdaxiləsi ən çox Putinə lazımdır

Azərbaycan Premyer Liqası: Bu gün IX tura yekun vurulacaq

Tokayev: Qazaxıstanda AES beynəlxalq konsorsium tərəfindən tikilməlidir

Ən çox oxunanalar