Bazar, 06 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Parlamentdə pensiya, müavinət və müharibə veteranlarının təqaüdüylə bağlı problemlər müzakirə edilib

Müharibə iştirakçıları, qazilər, şəhid ailələri ilə bağlı bütün məsələlər qanun çərçivəsində həll olunur...

Poliqon xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Büdcə zərfinin ikinci oxunuşda müzakirəsi zamanı deputat Rüfət Quliyev deyib.

Deputat bildirib ki, dövlət qurumları bu məsələlərə çox aktiv cavab verirlər: “Amma regionlarda işsizlik var, yeni iş yerləri açılmalıdır. Bu da sahibkarların təşəbbüsü, dövlətin dəstəyi ilə olmalıdır”.

Deputat Vahid Əhmədov isə ilbəil Dövlət Sosial Müdafiə Fondunun büdcəsində debitor borcların artmasına diqqət çəkib və bunun səbəbi ilə maraqlanıb. Deputat 2 ay ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə bağlı 48 şikayət məktubu aldığını da söyləyib: “Pensiya, ünvanlı dövlət sosial yardım, şəhid ailələri, qazilərlə bağlı problemlər var. Bu problemləri həll etməliyik. Biz 80 manat veteran pulunun artırılmasını qaldırmışdıq, Himalay Məmişov dedi ki, buna baxılır. Necə baxılır, harada baxılır? Necə həll olacaq? Digər tərəfdən, bölgələrdə vakant iş yerləri hərraca çıxarılır. Amma bu vakant yerlərdə maksimum maaş 300 manatdır. Bizdə məlumat var ki, nazirliklərin qurumlarında yüksək maaşlı vakant yerlər var, amma hərraca çıxarılmır”.

Parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Vahid Əhmədova cavab verib: “Vahid müəllim, sizin qaldırdığınız məsələlər həm komitələrdə, həm də qanun layihəsinin birinci oxunuşu zamanı müzakirə olunub. Nazir Sahil Babayev də bir saata yaxın danışıb. Düzü bilmirəm, siz buradan hansı media orqanının diqqətini çəkmək üçün bu cür danışdınız. Ümumiyyətlə, düşünmürəm sizin belə probleminiz olsun, ölkədə kifayət qədər tanınmış adamsınız. Hesab edirəm ki, diqqət çəkmək üçün bu cür şərhlərə ehtiyac yoxdur”.

Sədr Sahibə Qafarova bildirib ki, dinləmələr keçirilib, nazirlər də həmişə orada çıxış edib: “Ehtiyac varsa, yeni belə dinləmə keçirək”.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Azərenerji” nin prezidenti Balababa Rzayevə şiddətli töhmət elan edilib

“Şöhrət” ordeni ilə təltif edilən Sabir Hacıyev kimdir? - Dosye

Bakıda internetə qoşulmayanların telefonunu kəsirlər? 

"Komedixana"nın aktrisasının aktyorlarla rəqsi diqqət çəkdi - Video

İsralin Bunkerə endirdiyi zərbələr nəticəsində Haşim Safiəddindən xəbər yoxdur

Azərbaycan və Özbəkistan hərbçilərinin birgə komanda-qərargah təlimi başa çatıb

Vüqar Səfərli yenə narazıdır - Hər şeyini geri istəyir

Rayon rəhbəri şəhid anasını 50 illik yubileyi münasibəti ilə ziyarət edib

Murad Dadaşov uzun müddət sonra ilk dəfə həyat yoldaşı ilə - Foto

Məzahir Pənahovun rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstanda referendumu müşahidə edəcək

MDB-yə üzv dövlətlərin xüsusi xidmət orqanları rəhbərlərinin növbəti görüşü keçirilib

Ən çox oxunanalar