Cümə, 03 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Parlamentdə Büdcəyə nəzarət palatası yaradılsın”


“Hesablama Palatası öz fəaliyyətinin öhdəsindən gəlir. Lakin aşkar olunan nöqsanlarla bağlı daha ciddi tədbirlərin görülməsini istəyirik”


 Bunu Milli Məclisin deputatı Qüdrət Həsənquliyev parlamentin bugünkü iclasında Hesablama Palatasının 2016-cı il üçün hesabatının müzakirəsi zamanı deyib.

Ölkədə maliyyə intizamı ilə bağlı problemlərin olduğunu deyən deputat söyləyib ki, dövlət büdcəsindən vəsait oğurlayanlara qarşı cəzalar daha da sərt olmalıdır.

 “Hesablama Palatasının hesabatına baxdıqda görərik ki, orada maliyyə nöqsanlarının qarşısının alınması ilə bağlı cəzalar o qədər də sərt deyil.  Hesabatda bu cür nöqsanlara görə, işçilərin daha çox işdən azad olunması, töhmət verilməsi və ya onların maaşlarından çıxması tədbirlərini görürük. Lakin biz bilmirik ki, işdən çıxarılanlar hansı səbəblə işdən azad ediliblər. Əgər nöqsanı yaradanlar həqiqətən onlardısa, o zaman həmin insanlar bir yerdən çıxıb digər iş yerinə düzələ bilirlər.

Bu baxımdan yalnız töhmət, işdən azad olunma və ya maaşdan çıxılma kimi cəza tətbiq etməklə bu halların qarşısını almaq mümkün deyil. Bu cəzalar daha sərt olmalı, onlara qarşı cinayət işi açılmalıdır. Düzdür, bütün nöqsanlara görə Hesablama Palatasını günahlandırmaq olmaz”.

 Q. Həsənquliyev həmçinin parlamentdə Büdcə və büdcəyə nəzarət palatasının yaradılmasını təklif edib.

 “Bizdə deputatlar nə büdcənin hazırlanması, nə də ona nəzarət funksiyası da iştirak edirlər. Lakin dünya təcrübəsinə baxsaq, görərik ki,  digər ölkələrin parlamentində yaradılan palataya müxalifəti təmsil edən deputatlar nəzarət edir. Xalqın vəsaitini oğurlayanlar cəzalandırılmalıdır. Oğurlanan vəsaitlərin geri qaytarılması yaxşıdır. Lakin onu edənlər də cəzasız qalmamalıdır”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda sabiq nazir hər ay mənimsədiyi pulların miqdarını açıqladı

Məşhur COVID peyvəndinin mənfi təsirləri təsdiqləndi

MSK Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verib - Yenilənib

Ağcabədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb - Yenilənib

Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq

Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu

Rusiya 15 ukraynalı əsir hərbiçini edam edib - Human Rights Watch bu cinayətləri təsdiqləyib...

Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən vəzifə verilir? - Açıqlama

Dini liderlər Füzuli şəhərində olublar - Yenilənib

66 konqresmen Azərbaycana qarşı sanksiyalar tətbiq etmək təklifi ilə çıxış edib...

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu başa çatıb - Yenilənib  

Ən çox oxunanalar