Bazar, 06 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Parlament təcili buraxılmalı, millətin və dövlətin dərdini çəkən deputatlar seçilməlidir” – Partiya sədri

Milli Məclisin deputatlarına verilən bəzi pul təminatları ləğv edilib. Eyni zamanda deputatların maaşlarının artırılması ilə bağlı “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanuna dəyişiklik layihəsi qəbul olunub. Qanuna dəyişikliklə ləğv edilən bu məbləğlər deputatların maaşlarının üzərinə əlavə ediləcək. Bu məsələ cəmiyyət tərəfindən birmənalı qarşılanmayıb. Belə ki, bir çox insanlar Milli Məclisdə təmsil olunan deputatların əksəriyyətinin biznesmen olduğunu və onların heç maaşa ehtiyac duymadığını dilə gətiriblər. Bu nöqteyi nəzərdən ləğv edilən əlavələrin onların maaşlarının üzərinə hesablanmasını doğru saymayıblar.

Mövzu ilə bağlı KONKRET.az–a açıqlama verən Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyev bildirib ki, Milli Məclis üzvlərinin əksəriyyəti təyin edilən adamlardır: “Ramiz Mehdiyevin mandat alveri məsələsindən hər kəs xəbərdardır. İndi də bu deputatlar xalqı düşünmək əvəzinə öz maaşlarının dərdini çəkirlər. Heç onların çoxunun maaşa da ehtiyacı yoxdur. Məsələn biri elektronika sahəsində monopoliyanı əla alıb, digəri aptek şəbəkələri ilə tanınır və sairə. Yəni parlament üzvlərinin böyük əksəriyyəti oliqarxlardır. Təbii ki, Milli Məclisdə xalqını düşünən ləyaqətli insanlar da var. Ancaq onlar barmaqla sayılacaq qədərdir. Amma əksəriyyəti müəyyən məmur təbəqəsi və nazirlərlə birləşib ölkəni və dövləti talan etməklə məşğuldur. Ona görə də, hesab edirəm ki, parlament təcili buraxılmalıdır. Millətin və dövlətin dərdini çəkən deputatlar seçilməlidir”.

Hafiz Hacıyevin sözlərinə görə, bir çox millət vəkilləri heç vaxt dövləti düşünməyib: “Əgər düşünsəydilər, o zaman maaşlarını artırmaq əvəzinə, həmin əlavələri müharibə qəhrəmanlarına, şəhid ailələrinə xərcləyərdilər. Amma nə etmək olar ki, Azərbaycan xalqının taleyinə Ramiz Mehdiyevin təyin etdiyi bu cür deputatlar düşüb”.

Partiya sədri əlavə edib ki, ölkədə referendum keçirilməlidir: “Müəyyən dəyişikliklər olmalıdır. Prezidentin Qarabağda Xüsusi Nümayəndəsi təyin edilib. Bu sistem özünü doğruldur. Ona görə də, həmin sistemə keçid olmalıdır. Eləcə də, parlament buraxılmalı, proporsional seçki sisteminə keçid baş verməlidir. Daha sonra isə yeni seçki keçirilməlidir. Belə olsa ölkədə qalxan siyasi hərarət pik həddə çatmaz”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Pensiya alanlara şad xəbər - 2 yerdən pul ala biləcəklər - Video

Buzovnada ata və oğlu qonşularını bıçaqlayıb, ölən və yaralılar var - Yenilənib

Səhər edilən bu səhv xərçəng riskini artırır - Alimlər açıqladı

Xaricdə ali təhsil almış şəxslər peşə tanınması imtahanı veriblər - Yenilənib

İsrailin məktəb və məscidə hava zərbələri nəticəsində 24 nəfər öldü, 93 yaralı var

MOSSAD “Hizbullah”ın peycerlərini partlatmaq əməliyyatını 2022-ci ildən planlaşdırırmış

İsrailin İrana müdaxiləsi ən çox Putinə lazımdır

Kir Starmer: İran-İsrail münaqişəsi dünya üçün dağıdıcı nəticələrə səbəb olacaq

Azərbaycan Premyer Liqası: Bu gün IX tura yekun vurulacaq

Tokayev: Qazaxıstanda AES beynəlxalq konsorsium tərəfindən tikilməlidir

Ən çox oxunanalar