Şənbə, 05 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Paris-Tehran xətti Türkiyəyə qarşı

İlk baxışdan bir-birindən uzaq görünən və əlaqələri zəif olan Paris və Tehran coğrafiyanın ən qərbindən ən şərqinə qədər Türkiyənin qarşısını almağa çalışır...

Taha Kılınç
“Yeni Şafak” qəzeti, Türkiyə, 10 noyabr 2021-ci il

Ötən bazar gecəsi İraqın baş naziri Mustafa Kaziminin Bağdaddakı evinə pilotsuz təyyarə ilə edilən hücum Yaxın Şərqdə bu həftənin ən mühüm hadisəsi olub. Bu sui-qəsd cəhdindən sonra təbii ki, gözlər İraqdakı bəzi şübhəlilərə çevrilib. Bunların başında İranın dəstəklədiyi şiə milis qrupları da var. Kazıminin sol əlindən yaralandığı hücumla bağlı adı çəkilən qruplar və İran cəbhəsindən, eləcə də baş nazirin mühafizəçilərindən çoxlu qınaqlar gəlib. Ancaq təkrarlanan izahatlar şübhələri aradan qaldırmaq üçün kifayət etməyib. Çünki Mustafa Kazıminin uzun müddət İraq şiə silahlıları tərəfindən təhdid edildiyi məlum idi.

Sədrin çıxışı

6 may 2020-ci ildə vəzifəyə başlayan Mustafa Kazimi şiə məzhəbinə mənsub olsa da, beynəlxalq aktyorlarla İran arasında balans siyasəti saxlamağa çalışdığı üçün şiə milis qrupları tərəfindən bəyənilmir. Oktyabrın 10-da keçirilən ümumi seçkilərdə ciddi səs itkisi ilə üzləşən İranın dəstəklədiyi qruplar İraq siyasi səhnəsinin yeni nizamına uyğunlaşmamaqda müqavimət göstərir. Seçkilərdə qalib gələn İraq şiə lideri Müqtəda Sədr siyasi arenanın diqqət çəkən ünsürlərindən biri olan Kazimi ilə birlikdə hərəkət edir. Məsələn, Sədr Kazımiyə qarşı olan sui-qəsd cəhdini bu sözlərlə dəyərləndirib:

“Bu terror hücumu İraqın sabitliyinə yönəlib. Hücumçuların məqsədi İraqı qeyri-dövlət qüvvələrinin nəzarətində olan xaos və anarxiya vəziyyətinə salmaqdır”.

Təbii ki, Müqtəda Sədrin bu güllə kimi cümlələrlə kimi nişan aldığı məlum deyil.

Apronda 90 dəqiqə

Bütün bunlar İraqda davam edərkən, İsraildə nəşr olunan “Haaretz” qəzetində Yossi Melmanın xəbəri maraqlı və ciddi bir hadisəni ortaya qoyub. Liviyanın “de-fakto” lideri hesab edilən general Xəlifə Həftarın oğlu Səddam Həftarı daşıyan təyyarə bazar ertəsi noyabrın 1-də Dubaydan Liviyaya uçarkən İsrailin Ben-Qurion hava limanına enib və uçuş üçün Apronda qaldıqdan 90 dəqiqə sonra yoluna davam edib. Melmanın əldə etdiyi məlumata görə, İsrail kəşfiyyatı ilə görüşən Səddam Haftar dekabrın 24-də keçiriləcək prezident seçkilərində atası üçün israillilərdən dəstək istəyib və bunun müqabilində Liviyanın İsraili rəsmən tanıyacağına söz verib. Məlumata görə Həftərin gizli səfərini İsrail və Birləşmiş Ərəb Əmirliklərindən olan bir qrup məsləhətçi təşkil edib.

Türkiyəni blok etmək

Eyni zamanda, Şimali Afrikanın qərb küncündə Mərakeş və Əlcəzair arasında dərinləşən diplomatik böhranın əlamətləri güclənib. Avqust ayında qarşılıqlı olaraq səfirlərin geri çəkilməsi ilə ortaya çıxan böhranın arxasında duran ölkə aydındır: Fransa. Fransa bir tərəfdən Mərakeş və Əlcəzairi qarşı-qarşıya qoymaq üçün əlində olan bütün təsir imkanlarından istifadə edir, digər tərəfdən də Liviyada öz maraqlarına uyğun bir nizam yaratmaq üçün mübarizə aparır. Kiçik, lakin vacib bir detal da var: Səddam Həftarı İsrailə aparan təyyarə fransız şirkətinə məxsus idi. Fransa kəşfiyyatının Liviyada dolaşdığı və xüsusilə Türkiyənin Liviyanın sabitliyi üçün atdığı addımları alt-üst etməyə çalışdığı məlumdur.

Ümumi məqsəd

“Türkiyənin qarşısını almaq” məqsədi İranın coğrafiyanın şərqində yürütdüyü bir siyasətdir. Demək olar ki, hər gün Türkiyə hökuməti və prezident Ərdoğanın ünvanına başlıqlar açılan İran mətbuatında “Osmanlılar geri qayıtmağa çalışır” başlıqlı qondarma təhlillər çıxır. İran da Suriya, İraq, Livan və Yəmən kimi ölkələrdə öz nəzarətini və genişlənmə siyasətini yerlərdəki milisləri vasitəsilə gücləndirməklə yanaşı, Türkiyəni bu ölkələrdə mümkün qədər oyundan kənarda saxlamağa çalışır. Heç kəsə sirr deyil ki, Tehrandakı dövlət təfəkkürü idarə oluna bilən və məhdudlaşdırıla bilən bir Türkiyə istəyir. Sadəcə olaraq Azərbaycan-Ermənistan cəbhəsini yaxından izləmək İranın bu məsələdəki niyyətini anlamaq üçün kifayətdir.

İlk baxışdan bir-birindən uzaq görünən və əlaqələri zəif olan Paris və Tehranın coğrafiyanın ən qərbindən ən şərqinə qədər “Türkiyənin qarşısını almaq” kimi ortaq bir hədəfə bağlı qaldığını görmək çox maraqlıdır.

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - Yenilənib

Baş nazir Əhməd Əhmədzadənin vəzifəsini dəyişdi

Tağı Əhmədovu ağır vəziyyətdə Təzəpirə gətirdilər

Azərbaycanda həbs olunsa da rütbəsi alınmayan yeganə general

Qonşusunun yetim uşağını döyə-döyə diləndirdi: Bakıda görünməmiş vəhşilik

Tələbənin maşınla öldürdüyü piyada vəzifəli şəxsin atası imiş

Nəsimi rayonunun bir qrup sakini Birinci vitse-prezidentə və "İDEA" İctimai Birliyinin sədrinə müraciət ünvanlayıb

Rusiya əsirliyində nə qədər ukraynalı ölüb? - Ukrayna MN rəqəmləri açıqlayıb

Prezident: Azərbaycanın daha böyük coğrafiyada önəmli ölkəyə çevrilməsi prosesi bundan sonra da uğurla gedəcək

SOCAR: Karbamid Zavodunda istixana qazlarının emissiyası azaldılıb

Putin doğum günündə MDB liderləri ilə görüşəcək

Ən çox oxunanalar