Çərşənbə, 01 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Paniranistlərin misilsiz saxtakarlığı - Video

Oktyabrın 29-u İranda qeyri-rəsmi şəkildə olsa da, “Böyük Kuruş Günü” kimi qeyd olunur...

Bir çox hallarda isə həmin gün “Beynəlxalq Kuruş Günü” kimi təqdim edilir.

Xüsusən xaricdə yaşayan farslar, ilk növbədə monarxistlər bu günü geniş təbliğ edir, bir növ onu hazırda İranda hakim olan ideologiyaya alternativi kimi qələmə verirlər. Bunun nəticəsi olaraq, oktyabrın 28-də ABŞ-nin Atlanta şəhərində şahzadə Rza Pəhləvinin iştirakı ilə Kuruşun təqribən 10 metrlik heykəlinin açılışı olub. Bu hadisə sosial şəbəkələrdə, xüsusən “X” platformasında geniş təbliğ olunub, həmçinin İran mediasında da əksini tapıb.

Bildirildiyinə görə, həmin gün Əhəməni, yaxud Həxamənşi imperiyasının qurucusu, Azərbaycan elmi ədəbiyyatında daha çox II Kir kimi tanınan Kuruşun miladdan öncə 539-cu ildə Babili ələ keçirməsi ilə bağlıdır. İddia olunur ki, Kuruş Babili fəth etdikdən sonra əsirləri azad edib, insanlara seçim və əqidə azadlığı verib. Bu iddia isə 1879-cu ildə qədim Babil şəhərinin yerləşdiyi ərazidə aparılan qazıntılar zamanı ingilis arxeoloqlarının tapdığı və sonralar “Kuruşun silindri”, yaxud “Kuruşun manifesti” kimi tanınan kitabəyə əsaslanır.

Hazırda Britaniya Muzeyində saxlanan bu kitabə Babilistanın işğalından sonra akkad dilində Kuruşun adından yazılıb.

Kitabənin bir hissəsində Kuruş guya bəyan edir ki, mən Babili dinc yolla tutdum, əmr etdim ki, əsgərlər əhalini incitməsin və öldürməsin, hərə öz tanrısına ibadət etsin, bağlı məbədləri açdırdım, dağılmış evləri bərpa etdim, insanlara sülh və əmin-amanlıq gətirdim.
Bu sözlər hələ Pəhləvi dönəmindən paniranistlərin əlində bayrağa çevrilib, onlar Kuruşu sülh və dözümlülük carçısı kimi tanıtmaq üçün əllərindən gələni ediblər, hətta açıq-aşkar saxtakarlıqdan da çəkinməyiblər.

Ətraflı “Azad İran” “YouTube” kanalının süjetində:

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakı Yelizavetpol xəritəsini təklif etsə… - İoannisyan

Məşhur ifaları ilə tanınan müğənni Züleyxa Rəhimi vəfat etdi - Foto,Video

Yadplanetlilər bu partlayışda məhv olub - Şok iddia

Korrupsiya əməliyyatı aparılan qurumdan görüntülər - Video

Prezident VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib, nitq söyləyib - Yenilənib

May ayında gözlənilən maqnit qasırğaları: Ən təhlükəlisi nə vaxt olacaq?

Ukraynada vəziyyət gərginləşib: Odessa və Xarkovda kütləvi hücumlar - Video

Əməkdar artist Cəlilabadda məscid tikdirib - Video

“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” – Seymur Orucovun qohumu həbs edildi

Ən çox oxunanalar