Şənbə, 05 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Palmali” şirkəti şəhid qardaşların adını daşıyan gəmini sulara buraxdı

İkinci Qarabağ müharibəsində şəhid olan lerikli qardaşlar İman və Bəhram Məmmədzadələrin adlarını daşıyan "Palmali Holding”ə məxsus gəmi bu gün dünya sularına buraxılıb. 

Yalovanın "Aykın” tərsanəsində baş tutan mərasimdə şəhidlərin valideynləri Elman və Hicran Məmmədzadələr iştirak ediblər.

Bu barədə şirkətin yaydığı açıqlamada bildirilir. 

Qeyd olunur ki, tədbirdə "Palmali Holding”in prezidenti, azərbaycanlı iş adamı Mübariz Mənsimov çıxış edib. 

O bildirib ki, İman və Bəhram Məmmədzadə qardaşlarının adını daşıyan tankerin dünya sularına buraxılması "Palmali” ailəsi üçün mühüm hadisədir. 

Mübariz Mənsimov şəhid qardaşları əsl qəhrəmanlıq və vətənpərvərliyin nümunəsi adlandırıb. 

"Şəhid ata Elman bəyin dediyi kimi, İman və Bəhram Rusiyada təhsillərini davam edib Azərbaycana dönməzdilər və savaşa qatılmazdılar. Lakin ata və anasının sayəsində onların milli ruhları o qədər güclü olub ki, qardaşlar Rusiyadan Azərbaycana gəlib və ikisi də ordu sıralarına qatılıblar. Bu həm ata, həm ana, həm də mən öz adımdan deyirəm ki, bu, hər bir azərbaycanlı üçün qürurverici hərəkətdir. Allah məkanlarını cənnət eləsin. Zatən qardaşlarımız Cənnətdədir. Allah hər kəsə şəhidlik nəsib etməz. Şəhidlər də Allah tərəfindən seçilmiş insanlardır”, – deyə Mübariz Mənsimov vurğulayıb.

Tədbirdə çıxış edən şəhid atası Elman Məmmədzadə Mübariz Mənsimov başda olmaqla "Palmali” ailəsinə təşəkkür edib.

O vurğulayıb ki, şəhidlərin adlarını uca tutan, onları yaşadan və əbədiləşdirən insanlar müqəddəs iş görür. 

Onun sözlərinə görə, övladlarının ən böyük arzusu gəmi kapitanı olmaq idi və bu məqsədlə onlar Rusiyanın Həştərxan şəhərində kurslara gedirdilər: "Övladlarım Vətən uğrunda şəhid oldular, canlarından keçdilər, amma onların arzusu yerinə yetdi. Onların arzusunu Mübariz Mənsimov gerçəkləşdirdi və buna görə hər birinizə dərin təşəkkürümü bildirirəm”. 

"Palmali” şirkətinin ənənəsinə görə, hər gəmi üçün qızıldan medalyon düzəldilir. Bu dəfə həmin medalyon şəhid qardaşların valideynlərinə təqdim edilib. Bundan sonra isə şəhid qardaşlar - İman və Bəhram Məmmədzadələrin adını daşıyan gəminin dünya sularına yola salınması mərasimi keçirilib. 

Bildirilir ki, "IMAN & BAHRAM MAMMADZADEH” tankeri 7 min 500 DWT daşıma qabiliyyətindədir. 

Nəhəng tanker 140 metr uzunluğunda və 17 metr enindədir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - Yenilənib

Tağı Əhmədovu ağır vəziyyətdə Təzəpirə gətirdilər

Qonşusunun yetim uşağını döyə-döyə diləndirdi: Bakıda görünməmiş vəhşilik

Azərbaycanda həbs olunsa da rütbəsi alınmayan yeganə general

Baş nazir Əhməd Əhmədzadənin vəzifəsini dəyişdi

Tələbənin maşınla öldürdüyü piyada vəzifəli şəxsin atası imiş

Nəsimi rayonunun bir qrup sakini Birinci vitse-prezidentə və "İDEA" İctimai Birliyinin sədrinə müraciət ünvanlayıb

Prezident: Azərbaycanın daha böyük coğrafiyada önəmli ölkəyə çevrilməsi prosesi bundan sonra da uğurla gedəcək

Rusiya əsirliyində nə qədər ukraynalı ölüb? - Ukrayna MN rəqəmləri açıqlayıb

SOCAR: Karbamid Zavodunda istixana qazlarının emissiyası azaldılıb

Putin doğum günündə MDB liderləri ilə görüşəcək

Ən çox oxunanalar