Çərşənbə axşamı, 07 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Özəlləşmə hərraclarını canlı izləmək mümkün olacaq


Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən həyata keçirilən özəlləşdirmə prosesi zamanı dövlət əmlaklarının satışı üzrə hərraclar tamamilə şəffaf və ictimaiyyətin bütün təbəqələrinə açıq şəraitdə keçiriləcək


Komitədən “APA-Economics”ə verilən məlumata görə, əsas yeniliklərdən biri potensial investorların, mətbuatın və ictimaiyyət nümayəndələrinin də bu hərracları canlı izləmək imkanının yaradılmasıdır

“Mərkəzdə hərracların şəffaf və rəqabətli şəraitdə keçirilməsi üçün bütün şəraitin yaradılması nəzərdə tutulur. Burada investorların iştirakı və məlumatlandırılması üçün çoxsaylı imkanlar yaradılıb. Belə ki, artıq KİV-lərin nümayəndələri və istənilən vətəndaş Mərkəzə gələrək hərracların gedişini və dövlət əmlakının satışının necə həyata keçirildiyini izləyə bilər. Bunun üçün Mərkəzdə bütün şərait yaradılacaq. Nəticədə özəlləşdirmə prosesinə maraq göstərən potensial investorlar və onların nümayəndələri prosesin necə aparıldığı ilə əyani şəkildə tanış olacaq, eləcə də ictimaiyyət və mətbuat nümayəndələri bu proses barədə təfərrüatlı məlumata malik olmağa şərait yaradılacaq”.
 
Komitədən bildirilib ki, hazırda yeni investisiya müsabiqələrinin elan olunması ilə bağlı hazırlıq işləri aparılır. Eləcə də, investorlar üçün onlayn məsləhət sistemi fəaliyyət göstərir. Bu sistemin vasitəsi ilə özəlləşdirmə prosesi ilə bağlı istənilən sualla Komitəyə müraciət edib qısa zamanda ətraflı məlumat ala bilirlər.
 
Azərbaycan Prezidenti İlham Əliyevin “Dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi və idarə edilməsinin səmərəliliyinin artırılması ilə bağlı bəzi tədbirlər haqqında” 19 iyul 2016-cı il tarixli fərmanına və bu sahədəki digər tapşırıqlarına uyğun olaraq yeni özəlləşdirmə prosesi başlanıb. Artıq komitə tərəfindən ilkin mərhələdə 138 dövlət əmlakının özəlləşdirilməsi barədə hərraclar elan edilib. Bu əmlakların 50-si iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən səhmdar cəmiyyətlərin 30%-lik səhm paketləri, 62-si qeyri yaşayış sahələri və kiçik əmlak və obyektlər, 26-sı isə nəqliyyat vasitələridir”, - deyə məlumatda vurğulanıb.
 
Qeyd edək ki, bu hərraclar 14 və 20 sentyabr 2016-cı il tarixlərində Əmlak Məsələləri Dövlət Komitəsinin İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzinin (İTMİM) binasında (Bakı şəhəri, Heydər Əliyev prospekti, 139A. ) təşkil ediləcək.
 
Komitə geniş əhali təbəqəsini və bütün maraqlı tərəfləri yeni özəlləşdirmə prosesində aktiv iştirak etməyə dəvət edir. Həmçinin iddiaçılara əmlaka yerindəcə baxış üçün də şərait yaradılması təmin edilir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ədalət Şükürov həyat yoldaşı ilə birgə - Foto

DYP-nin “yol tənzimləmələri” və sürücülərin müsibətləri...

Bakıda həkim qadının bıçaqlanması ilə bağlı bəzi təfərrüat

Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş

Əhməd Cavadın nəticəsi: “Stalinin kim olduğunu soruşanda nənəm dedi ki, onun adını çəkmə!”

ABŞ səfiri: Mən bu gün Şuşada olmaqdan xoşbəxtəm - Video

Almaniya Rusiyadakı səfirini geri çağırdığını təsdiqləyib - Yenilənib

Yeni Rusiya imperiyasının qaçılmaz süqutu - İmperiyanın məhvinə rəhbərlik edən isə Putindir...

“Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi

Dünyada İT-yə xərclənən vəsait 5 trilyon dolları keçəcək

Ən çox oxunanalar