Şənbə, 12 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Özəl şirkətlərdə işləyənlər üçün bayram günləri olmur... - Dövlət qurumları bununla bağlı niyə susur?

İqtisadçı-alim: “Aylıq 300 manat məvacib alan bir işçinin saatlıq məvacibi 1.63-1.70 manat olur. İşçi əlavə çalışdırılarsa, ona hər saat üçün 1.63-1.70 manat deyil, 3.26-3.40 manat ödəniş edilməlidir”.

Sosioloq: “Əksər şirkətlərdə işçilər 12-16 saat işlədilir, buna etiraz edənlər dərhal işdən azad edilir. Özəl müəssisələrə qul lazımdır, az maaşa çox işləyib, heç bir sosial hüququ tələb etməyən qullar”.

Özəl şirkətlərin işçilərini bayram günlərində qanunsuz çalışdırması ilə bağlı bizə Zəfər günü bayram günlərində kifayət qədər şikayətlər daxil olub. Müxtəlif özəl şirkətlərdə çalışan inşanların şikayətləri isə eynidir. Onları bütün bayram günlərində məcburi çalışdırırlar və buna görə heç bir əlavə ödəmlər də olunmur.

Bilirik ki, Azərbaycanda Əmək Məcəlləsinin bir çox maddələri özəl şirkətlər tərəfindən kütləvi şəkildə pozulur. Onlardan biri də bayram və istirahət günlərində işçilərin məcburi çalışdırılmasıdır. Qeyd edək ki, bu məsələ çox aktualdır və uzun illərdir ki, problem öz həllini tapmır. Əslində Azərbaycanda demək olar ki, bütün özəl şirkətlər, istər istehsal, istərsə də xidmət sahəsində olan şirkətlər Azərbaycan Respublikasının “Əmək Məcəlləsi”ni kobud şəkildə pozurlar və öz işçilərini faktiki olaraq 18-19-cu əsrlərin qaydaları ilə işlədirlər. Bunu da bütün dövlət qurumları, o cümlədən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətində çox yaxşı bilirlər. Lakin heç bir dövlət qurumu özəl şirkətlər qarşısında sadə vətəndaşların hüquqlarını qorumur, vətəndaşların əsas hüquqları ilə bağlı kütləvi qanun pozuntularına göz yumurlar. Bəlkə də ona görə ki, Azərbaycanda əksər özəl istehsal və xidmət sahləri məmurların övladların, qohumlarına, yaxın adamlarına aiddir.

Mövzunu PİA.az-ın əməkdaşı İqtisadçı-alim Vüsalə Əhmədova və Sağlam Cəmiyyət Hərəkatının eksperti, sosioloq Elçin Bayramlı ilə müzakirə edib.

Vüsalə Əhmədova: “Bəs bu qanun pozuntularına görə işəgötürülənlər məsuliyyətə cəlb olunurlarmı? Xeyir, çünki işini itirmək qorxusundan işəgötürənlər barəsində şikayət edən yoxdur. Ölkədə kütləvi işsizlik hökm sürür, işçilər mövcud şəraitlə qane olmaq məcburiyyətində qalırlar”.

Azərbaycan İnzibati Xətalar Məcəlləsində əməyin mühafizəsi qaydalarının pozulmasına, normal əmək və istirahət rejiminə riayət edilməməsinə görə 1.000 manatdan 2.000 manatdək məbləğdə cərimənin nəzərdə tutulduğunu xatırladan iqtisadçı-alim PİA.az-a bildirib ki, bu məbləğin özü də formal xarakter daşıyır:

“İşçilərin iş vaxtından əlavə ödənişsiz çalışdırılması ölkə üzrə, xüsusilə də özəl sektorda heç cür həllini tapmayan bir problemdir. Məlumdur ki, Əmək Məcəlləsində iş vaxtının növləri tam iş vaxtı, natamam iş vaxtı, qısaldılmış iş vaxtına bölünür. İşçi tam iş vaxtına uyğun çalışdıqda, həftə ərzində 5 gün işləyərsə gündəlik 8 saatdan, həftə ərzində 6 gün işləyərsə gündəlik 7 saatdan artıq işlədilə bilməz. Həftəlik iş saatı isə 40 saatdan artıq ola bilməz. İşçinin iş vaxtından əlavə işə cəlb olunması qanunvericiliklə tənzimlənir. Buna görə işçi və işəgötürən arasında razılaşma olmalıdır və əlavə iş saatlarının haqqı ikiqat ödənilməlidir. Aylıq iş günlərinin sayı həftədə 5 gün işlədikdə 22-23 gün təşkil edir, aylıq iş saatlarının cəmi isə 184-176 saat təşkil edir.

Belə olan halda, aylıq 300 manat məvacib alan bir işçinin saatlıq məvacibi 1.63-1.70 manat olur. İşçi əlavə çalışdırılarsa, ona hər saat üçün 1.63-1.70 manat deyil, 3.26-3.4.0 manat həcmində ödəniş edilməlidir. O cümlədən, Əmək Məcəlləsinə görə işçi iki gün dalbadal 4 saatdan artıq, iş şəraiti ağır olan iş qollarında isə 2 saatdan artıq işlədilə bilməz. Bundan əlavə də, xüsusilə ağır və zərərli sahələrdə işləyən işçilərin, hamilə və 3 yaşınadək uşağı olan qadınların, yaşı 18-dən az olan işçilərin iş vaxtından əlavə işə cəlb edilməsinə qanunvericilik icazə vermir. Habelə, iş vaxtından artıq işlərin əlavə istirahət günü ilə əvəz edilməsinə yol verilmir.

Vüsalə Əhmədova: “Əmək Müfəttişliyi qanunvericiliyin pozulmasında təqsirkar şəxslərdən yol verdikləri hüquq pozuntularını aradan qaldırmağı tələb etmək, İnzibati Xətalar Məcəlləsi ilə müəyyən olunmuş qaydada onları inzibati məsuliyyətə cəlb etmək hüququna malikdir. Gəlin görək bu icra hakimiyyətinin məmurları öz vəzifə öhdəliklərini layiqincə yerinə yetirirlərmi?”.

Gəlin görək Əmək Məcəlləsinin bu tələblərinə əməl edən varmı? İşçilər gündəlik iş saatından artıq və istirahətsiz çalışdırılır, əlavə iş saatlarına görə ödəniş edilmir. Ümumiyyətlə bu cür qanun pozuntuları bir-iki müəssisə ilə məhdudlaşmır, istər inşaat sektoru olsun, istər ictimai-iaşə sektoru olsun, istərsə də istehsal sahələrində işçilərin açıq istismarı baş verir. Azərbaycanda demək olar istismar kütləvi hal alıb. Bu problemlər bir yana, heç işçi ilə normal əmək müqaviləsi belə bağlanılmır. Bəs bu qanun pozuntularına görə işəgötürülənlər məsuliyyətə cəlb olunurlarmı? Xeyir, çünki işini itirmək qorxusundan işəgötürənlər barəsində şikayət edən yoxdur. Ölkədə kütləvi işsizlik hökm sürür, işçilər mövcud şəraitlə qane olmaq məcburiyyətində qalırlar.

Digər tərəfdən də, onların şikayətlərinə baxacaq qurumlar demək olar ki, fəaliyyətsizdir. Əmək qanunvericiliyinə əməl olunmamasına görə dövlət nəzarətini həyata keçirən orqan müvafiq icra hakimiyyəti Dövlət Əmək Müfəttişliyi orqanıdır. Əmək Müfəttişliyi qanunvericiliyin pozulmasında təqsirkar şəxslərdən yol verdikləri hüquq pozuntularını aradan qaldırmağı tələb etmək, İnzibati Xətalar Məcəlləsi ilə müəyyən olunmuş qaydada onları inzibati məsuliyyətə cəlb etmək və digər müvafiq orqanlar qarşısında məsələ qaldırmaq hüququna malikdirlər. Gəlin görək bu icra hakimiyyətinin məmurları öz vəzifə öhdəliklərini layiqincə yerinə yetirirlərmi?

Ölkədə Həmkarlar İttifaqları ilə bağlı vəziyyət də heç ürəkaçan deyil. Dövlət qurumlarında məcburi qaydada formal həmkarlar ittifaqları yaradılır, özəl şirkətlərdə isə şirkət rəhbərləri heç həmkarlar ittifaqı təşkilatlarının yaradılmasında maraqlı olmur. İşləyən vətəndaşların maaşlarından hər ay 2% üzvlük haqqı tutularaq Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına ödənilir. Konfederasiyada toplanılan milyonlarla manat vəsait hara xərclənilir?

Bu vəsait hər kəsə məlumdur ki, işçilərin hüquqlarının müdafiəsinə, sosial problemlərinin həllinə xərclənmir.

Vüsalə Əhmədova: “İşləyən vətəndaşların maaşlarından hər ay 2% üzvlük haqqı tutularaq Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına ödənilir. Konfederasiyada toplanılan milyonlarla manat vəsait hara xərclənilir?”

Avropa ölkələrini nümunə götürsünlər, işçilərin hüquqlarının bərpası üçün bu ölkələrdə hansı tədbirlər görülür. Almanya və Fransa bu sahədə ən gözəl örnəkdir. Bu ölkələrdə problemlər həmkarlar ittifaqları, işçi və işəgötürənin birgə fəaliyyəti nəticəsində aradan qaldırılır. Heç bir nəticə əldə edilmədikdə isə son çarə olaraq kütləvi tətillər təşkil olunur. İşçilərin nümayəndələri mütəmadi işəgötürənlərlə müzakirələr aparır. İşəgötürənlər işçilərlə bağlı hər hansı bir qərar qəbul etmək istədikdə ilk öncə bunu həmkarlar ittifaqları ilə müzakirə edirlər.

Son olaraq nəzərinizə çatdırım ki, Azərbaycan İnzibati Xətalar Məcəlləsində əməyin mühafizəsi qaydalarının pozulmasına, normal əmək və istirahət rejiminə riayət edilməməsinə görə 1.000 manatdan 2.000 manatdək məbləğdə cərimə nəzərdə tutulub. Bu məbləğin özü də formal xarakter daşıyır”.

Elçin Bayramlı: “Əksər şirkətlər, özəl müəssisələr məmurların və ya onlara yaxın şəxslərindir. Bu səbəbdən də onlara heç kim heç nə deyə bilmir”.

Ölkədə həmkarlar təşkilatlarının varlığının yalnız kağız üzərində olduğunu vurğulayan sosioloq Elçin Bayramlı PİA.az-a açıqlamasında qeyd edib ki, belə bir dəhşətli şəraitdə işçilərin amansız istismarı, onların qul kimi işlədilməsi və bütün sosial, əmək hüquqlarının pozulması halları geniş vüsət alıb:

“Faktiki olaraq, özəl şirkətlərdə əmək hüquqlarına əməl olunmur. Əmək Məcəlləsi lazımsız bir kağız parçası kimi kənara atılıb. Şirkətlər nə bu məcəlləni, nə Konstitusiyanı nə də digər qanunları saya salır. Bütün şərait şirkətlərin mənafelərinə uyğundur. Əksər şirkətlərdə işçilər 12-16 saat işlədilir, buna etiraz edənlər dərhal işdən azad edilir. Özəl müəssisələrə qul lazımdır, az maaşa çox işləyib heç bir sosial hüququ tələb etməyən qullar. Bu sahədə elə bir biabırçılıq var ki, dünyanın heç bir mədəni ölkəsində belə hala rast gəlmək mümükn deyil.

Şirkətlər konkret olaraq quldarlıq quruluşu qaydaları ilə işləyirlər. Bunun müxtəlif səbəbləri var. Birincisi, ölkədə kütləvi işsizliyin mövcud olmasıdır. İstənilən etiraz edən işçini dərhal işdən azad edirlər, yerinə dərhal minlərlə namizəd var.

İkincisi, bütün şərait şirkətlərin mənafeləri üçün bərqərardır və onları əmək hüquqlarının kobud pozulmasına görə cəzalandıran yoxdur. Bu cəzasızlıq mühtindən də necə lazımdır bəhrələnirlər.

Elçin Bayramlı: “Əksər özəl şirkətlərin və sahibkarlıq subyektklərinin işçiləri məzuniyyət hüququndan, dekretə çıxma hüququndan və sair bu kimi hüquqlardan məhrumdur. Bu rüsvayçı vəziyyət təcili aradan qaldırılmalıdır”.

Üçüncüsü də, ölkədə həmkarlar təşkilatları faktiki olaraq yoxdur, yalnız kağız üzərində belə bir struktur var. Belə bir dəhşətli şəraitdə işçilərin amansız istismarı, onların qul kimi işlədilməsi və bütün sosial, əmək hüquqlarının pozulması halları geniş vüsət alıb. Bizdə tətil, etiraz aksiyası kimi tədbirlər də unudulub. Çünki işçi həmrəyliyi yoxdur.

Mağazalarda və digər xidmət obyeklərində işçi səhər saat 7-8-dən gəlir, gecə 12-dək işləyir. Sahibkar axşam növbəsi üçün əlavə işçi götürmək istəmir. Son vaxtlar yük maşınları, avtobus və taksi sürücülərinin gün ərzində 16 saat işləməsi nəticəsində ağır qəzaların baş verməsi onu göstərir ki, bu şərait təkcə həmin işçiyə yox, tamam kənar şəxslərin də həyatı üçün ağır təhlükə yaradır.

Elçin Bayramlı: “Mağazalarda və digər xidmət obyeklərində işçi səhər saat 7-8-dən gəlir, gecə 12-dək işləyir. Sahibkar axşam növbəsi üçün əlavə işçi götürmək istəmir”.

Qaldı ki, aidiyyatı dövlət orqanlarının bu istismara və kobud qanun pozuntusu hallarına qarşı heç bir tədbir görməməsinə, bu da onunla bağlıdır ki, əksər şirkətlər, özəl müəssisələr məmurların və ya onlara yaxın şəxslərindir. Bu səbəbdən də onlara heç kim heç nə deyə bilmir. Bir çox kiçik obyektlər isə işçiləri əmək müqaviləsi olmadan işlədir, bununla vergidən və sosial ödənişdən yayınır, nəticədə işçinin heç bir hüququ yoxdur və o pensiya da ala bilməyəcək. Əksər özəl şirkətlərin və sahibkarlıq subyektklərinin işçiləri məzuniyyət hüququndan, dekretə çıxma hüququndan və sair bu kimi hüquqlardan məhrumdur. Bu rüsvayçı vəziyyət təcili aradan qaldırılmalıdır. Lakin görünür ki, bunda heç kim maraqlı deyil”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Xudatda baş verən qəzada ölən və yaralananların kimliyi məlum olub - Yenilənib 

Millətlər Liqası: Azərbaycan Estoniya millisinə məğlub olub - Yenilənib

Araik Arutyunyan, Davit Babayan və digərlərinin həbs müddəti uzadılıb

Maliyyə Nazirliyinin şöbə müdiri işdən çıxdı - Foto

Tramp İrandan gələn təhlükəyə görə hərbi təyyarə tələb edir

Zelenski Almaniyanın Prezidenti ilə Ukraynanın ehtiyaclarını müzakirə edib

Azərbaycanda çörəyin içinə iynə ilə elə şeylər yerdilir ki,... - Sədrdən şok açıqlama

Azərbaycan Ordusunun raket və artilleriya bölmələrində atəş tapşırıqları icra olunub - Video

ADB "Xəzər yaşıl enerji dəhlizi" layihəsinin hazırlanmasına dəstək göstərəcək

Ən çox oxunanalar