Şənbə, 12 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Öz sahibinə arxa çevirən İrəvan Moskva tərəfindən hansı şəkildə cəzalandırıla bilər?

Rusiya Ermənistanın simasında Cənubi Qafqazda son forpostunu itirməsi təhlükəsi qarşısındadır...

Politoloq: “Əslində Rusiya hal-hazırda Ermənistanı ən ağır şəkildə cəzalandırır. 3 il əvvəlki Ermənistanla indiki Ermənistan arasında böyük fərqlər var ki, bu fərqlər də əsasən Ermənistanın itkiləri ilə ortaya çıxır”.

Rusiya Ermənistanı üç ildir ki, cəzalandıırır və bu cəza sadəcə onu müdafiə etməməsindən ibarətdir”.

Bu sözləri politoloq Kənan Novruzov Rusiya-Ermənistan gərginliyini Poliqon-a şərh edərkən qeyd edib.

Məlum məsələdir ki, Rusiya Ermənistanın simasında Cənubi Qafqazda son forpostunu itirməsi təhlükəsi qarşısındadır. Paşinyanın yürütdüyü saiyasət artıq prosesin dönməz hala gəlməsindən xəbər verir. Bəs, bu durumda Moskvanın atacağı addımlar adekvat olacaqmı və ümumilikdə, Rusiyadan böyük iqtisadi, lojistik, hərbi asılığı olan Ermənistan Rusiya tərəfindən hansı real şəkildə cəzalandırıla bilər?

Rusiyanın Ermənistanın atdığı addımlara qarşı görəcəyi tədbirləri Poliqon-un əməkdaşı politoloq Kənan Novruzov ilə müzakirə edib.

Kənan Novruzov: “Rusiya çalışacaq ki, Ermənistan öz maraqlarını həyata keçirə bilməsin və dalbadal fiasko ilə üzləşsin. Bu da Paşinyan və Ermənistan üçün ən ağır cəzadır”.

Paşinyanı dəstəkləyən qüvvələrin olmasını nəzərə alsaq, onun hələ hakimiyyətdə qalacağını proqnoz edən politoloq Poliqon-a bildirib ki, bundan sonra Rusiyanın Ermənistana qarşı iqtisadi, siyasi təzyiqləri artacaq:

Ermənistan Roma statusunu ratifikasiya edənə qədər Rusiya məsələyə müəyyən qədər loyal yanaşırdı. Kremlin sözçüsü Dmitri Peskov və digər rəsmilər Putinin özü də deyirdi ki, Ermənistan bizim dostumuzdur, qonşumuzdur. Amma Roma statusunun ratifikasiyasından sonra artıq proses dəyişdi. Mən başa düşürəm ki, Roma statusunun ratifikasiyası Rusiya üçün o qədər də əhəmiyyətli deyil. Çünki Putin Ermənistana səfər etməsə, nə olacaq ki? Putin heç Ermənistanı sayıb oraya səfər də etmir.

Amma Ermənistan Roma statusunu ratifikasiya etməklə göstərdi ki, artıq Rusiyanın müttəfiqi deyil və Ermənistan bunu rəsmi şəkildə demiş oldu. Şübhəsiz ki, bundan sonra Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya üçün o qədər də əhəmiyyətli fiqur deyil. Kremlin imkanı olsa, bu gün belə Ermənistanda çevriliş edib, Paşinyanın yerinə kimisə hakimiyətə gətirə bilər.

Kənan Novruzov: “Hazırkı durum əlbəttə, bizim üçün sərfəlidir. İndiki məqamda Rusiyanın atdığı addımlar, birbaşa olmasa belə, sülh sazişinə töhvə verə bilər”.

Yeganə tərəddüdlü məqam ondan ibarətdir ki, 2020-ci ildə imzalanmış üçtərəfli bəyanata təkcə Nikol Paşinyan qol çəkib. Deməli Nikol Paşinyan hakimiyyətdən getsə, avtomtik olaraq həmin müqavilə qüvvədən düşəcək. Bu da Rusiyanın strateji maraqlarına uyğun deyil. Çünki üçtərəfli müqavilə qüvvədən düşərsə, bu Rusiyanın regiondakı təsirinin daha da zəifləməsi deməkdir. Bu baxımdan Putin hələ ki, Paşinyanla bağlı qərar verməyə tərəddüd edir. Yəni Paşinyana sui-qəsd etmək, onu öldürmək Rusiya üçün heç nədir. Amma inanmıram ki, Rusiya buna getsin.

Paşinyanı dəstəkləyən qüvvələrin olmasını nəzərə alsaq, deyə bilərik ki, o hələ hakimiyyətdə qalacaq. Amma Rusiyanın Ermənistana qarşı iqtisadi, siyasi təzyiqləri artacaq. Eyni zamanda Rusiya çalışacaq ki, ERusiya çalışacaq ki, Ermənistan öz maraqlarını həyata keçirə bilməsin və dalbadal fiasko ilə üzləşsin. Bu da Paşinyan və Ermənistan üçün ən ağır cəzadır. Həmçinin, Rusiya çalışacaq ki, Ermənistanın Qərb və İranla əlaqələrinə zərbə vursun və s.

Əslində isə Rusiya hal-hazırda Ermənistanı ən ağır şəkildə cəzalandırır. 3 il əvvəlki Ermənistanla indiki Ermənistan arasında böyük fərqlər var ki, bu fərqlər də əsasən Ermənistanın itkiləri ilə ortaya çıxır. Yəni Rusiya Ermənistanı üç ildir ki, cəzalandıırır və bu cəza sadəcə onu müdafiə etməməsindən ibarətdir.

Hazırkı durum əlbəttə, bizim üçün sərfəlidir. İndiki məqamda Rusiyanın atdığı addımlar, birbaşa olmasa belə, sülh sazişinə töhvə verə bilər”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məmur İntiqam Məmmədovun “topdağıtmaz” sərvəti

Xudatda baş verən qəzada ölən və yaralananların kimliyi məlum olub - Yenilənib 

Risk: “Unibank” bu həftə 501 müştərisi ilə bağlı məhkəməyə müraciət edib...

Cəbhədə nə baş verir? - Rusiya ağır itkilər verir, Ukrayna əraziləri tədricən təslim edir...

Bakıda iqlim və inkişaf üzrə nazirlərin görüşü keçirilir

Araik Arutyunyan, Davit Babayan və digərlərinin həbs müddəti uzadılıb

Maliyyə Nazirliyinin şöbə müdiri işdən çıxdı - Foto

Kobaxidze: Zurabişvilinin dekabrın əvvəlində impiçment yolu ilə vəzifədən kənarlaşdırılması baş verəcək

Fəaliyyətini dayandıran “Xaliq Faiqoğlu” necə sərnişindaşıma xidməti göstərir? – Müəmma

Ən çox oxunanalar