Bazar, 05 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ötən il Müdafiə Nazirliyinə 50 minədək müraciət daxil olub

2017-ci il ərzində Müdafiə Nazirliyinə daxil olmuş müraciətlərə baxılması, hərbi qulluqçuların, onların ailə üzvlərinin və vətəndaşların qəbulu işi Azərbaycan Respublikasının Konstitusiyasına, “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında”, “Hərbi qulluqçuların statusu haqqında” qanunlara və mü­dafiə nazirinin müvafiq əmrlərinə əsasən həyata keçirilib.

Nazirlikdən APA-ya bildirilib ki, ali dövlət hakimiyyəti və idarəetmə orqanlarından, nazirliklərdən, ictimai təşkilatlardan və vətəndaşlardan Müdafiə Nazirliyinə daxil olmuş 50 minədək müraciət qanunvericiliklə müəyyən olunmuş qaydada aidiyyəti üzrə nazirliyin baş idarə, idarə və xidmətlərində baxılaraq həll edilib, bəzi müraciətlər icraya nəzarət çərçivəsində nəzarətə götürülüb.

Müraciətlərdə göstərilən məsələlərin mahiyyəti diqqətlə öyrənilib, onların yaranma səbəbləri təhlil edilib, müvafiq təd­birlər həyata keçirilib, həmçinin hərbi qulluqçuların və onların ailə üzvlərinin sosial mü­dafiəsinin gücləndirilməsi məqsədilə aidiyyəti dövlət orqanları və müvafiq qu­rum­lar­la əlaqələr yaradılıb.

Vətəndaşların müraciətlərinə baxılması işinin təkmilləşdirilməsi və elektron xidmətin təşkili məqsədilə Müdafiə Nazirliyinin “mod.gov.az” rəsmi internet səhifəsinin “Müraciətlər” bölməsində Nazirliyin rəhbər şəxslərinin qəbul günləri, vaxtı, yeri və əlaqə telefonları, eləcə də “[email protected]” elektron poçt ünvanı göstərilib.

Və­təndaşlar “Müraciətlər” bölməsinə daxil olaraq onları maraqlandıran 5 minədək sual, tək­lif, sorğu və şikayəti internet vasitəsi ilə Müdafiə Nazirliyinə ünvanlayıb. Müraciət­lə­rin qəbul olunması barədə vətəndaşlara dərhal məlumat verilib, on­ların mahiyyəti üzrə araşdırılması və cavablandırılması təmin edilib. Bundan əlavə, nazirliyin 912 nömrəli “Qaynar xətt”inə daxil olan müraciətlər araşdırılaraq bir qismi operativ olaraq həll edilib, digərləri isə müvafiq qaydada icra olunub.

2017-ci il ərzində Həzi Aslanov adına Mərkəzi Zabitlər Evində, eləcə də hərbi hissə və xüsusi təyi­natlı təhsil müəssisələrində təyin olunmuş günlərdə və saatlarda 2 min nəfərdən artıq vətəndaşın qəbulu keçirilib. Qəbul zamanı da­xil olmuş müraciətlər araşdırılıb və müvafiq tədbirlər görülüb.

"2018-ci ildə də hərbi qulluqçuların, onların ailə üzvlərinin və vətəndaşların qəbulu və mü­raciətlərinə baxılması işinin təkmilləşdirilməsi, həmçinin daxil olmuş müraciətlərin ic­rasına nəzarətin daha da gücləndirilməsi məqsədilə Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən müvafiq göstəriş verilib", - deyə məlumatda vurğulanır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Green card” müraciətlərinin nəticələri açıqlandı - Yenilənib

Şəkidə qətl hadisəsinin təfərrüatları məlum olub - Yenilənib

Vladimir Putinin yeni avtomobili nümayiş olundu - Video

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib - Yenilənib

Nərimanovda bələdiyyə sədri Təmraz Tağıyev ağacların qəniminə çevrilib - Fotolar

Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanıldı

Azərbaycan Karate Federasiyasında yeni təyinatlar - Foto

Nərçə Ağayevin 85 illiyi münasibətilə məzarı önündə anım tədbiri keçirilib - Fotolar

Ən çox oxunanalar