Bazar, 06 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ötən gün erməni təxribatı nəticəsində şəhid olan Vidadi Zalovla vida mərasimi başa çatıb - Yenilənib, Video

Vida mərasimindən sonra şəhidin cənazəsi Saray qəsəbəsində yerləşən Şəhidlər qəbiristanlığında torpağa tapşırılacaq...

Ötən gün Ermənistan tərəfinin təxribatının qarşısını alarkən şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Vidadi Zalovla vida mərasimi başa çatıb.

Hazırda şəhidin cənazəsi dəfn edilməsi üçün Saray qəsəbəsində yerləşən Şəhidlər xiyabanına aparılır.

***

Ötən gün Ermənistan tərəfinin təxribatının qarşısını alarkən şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Vidadi Zalovun nəşi ailəsinə təhvil verilib.

Hazırda onunla yaşadığı Abşeron rayonunun Saray qəsəbəsindəki evində vida mərasimi keçirilir.

Mərasimdə şəhidin ailə üzvləri, yaxınları ilə yanaşı, rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə və təşkilatların rəhbərləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak edirlər.

Vida mərasimindən sonra şəhidin cənazəsi Saray qəsəbəsində yerləşən Şəhidlər qəbiristanlığında torpağa tapşırılacaq.

Qeyd edək ki, aprelin 11-i saat 16:20 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətindəki üzbəüz mövqelərini müxtəlif çaplı silahlardan istifadə etməklə atəşə tutub.

Ermənistan tərəfinin təxribatının qarşısını alarkən Azərbaycan Ordusunun üç hərbi qulluqçusu Zalov Vidadi Nizami oğlu, Həsənov Elşad Qabil oğlu və Tağıyev Səbuhi Gündüz oğlu şəhid olub.

Allah rəhmət eləsin!

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Xaricdə ali təhsil almış şəxslər peşə tanınması imtahanı veriblər - Yenilənib

Səhər edilən bu səhv xərçəng riskini artırır - Alimlər açıqladı

Pensiya alanlara şad xəbər - 2 yerdən pul ala biləcəklər - Video

İsrailin İrana müdaxiləsi ən çox Putinə lazımdır

İsrailin məktəb və məscidə hava zərbələri nəticəsində 24 nəfər öldü, 93 yaralı var

Buzovnada ata və oğlu qonşularını bıçaqlayıb, ölən və yaralılar var - Yenilənib

Bakı yollarının zolaqlı problemi: Çıxış yolu nədir?

Kir Starmer: İran-İsrail münaqişəsi dünya üçün dağıdıcı nəticələrə səbəb olacaq

MOSSAD “Hizbullah”ın peycerlərini partlatmaq əməliyyatını 2022-ci ildən planlaşdırırmış

Tokayev: Qazaxıstanda AES beynəlxalq konsorsium tərəfindən tikilməlidir

Oktyabrın 6-7-si ilə bağlı əhaliyə xəbərdarlıq 

Ən çox oxunanalar