Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Osman Gündüz: “Ölkədə haqsız rəqabəti Trendyol yaradırmış...”

“İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti "haqsız rəqabətçini" tapıb. Ötən gün Antiinhisar Dövlət Xidmətinin bir rəsmisi Türkiyənin Trendyol platformasının Azərbaycanda haqsız rəqabət mühiti yaratdığını və ona qarşı tədbirlər görülə biləcəyini açıqlayıb. Son illər Azərbaycanda yüzlərlə karqo (daşıma) şirkətləri yaranıb. Hazırda təxminən 200-dək belə şirkətlər var. Azərbaycan vətəndaşları e-ticarət yolu ilə bu karqolarla xaricdən, Çindən, Avropadan və ABŞ-dan, Türkiyədən, o cümlədən bu ölkənin Trendyol platformasından şəxsi məqsədlər üçün müxtəlif mallar alırlar. Maraqlıdır ki, vətəndaşlarımızın bu formada aldığı mallar yerli bazardan 2-3 dəfə ucuz başa gəlir. İndi, görünür ki, bu sahədə yaranmış situasiya kimlərisə narahat edib”.

Pravda.az-ın xəbərinə görə, bunu ekspert Osman Gündüz bildirib.

“Antiinhisar Dövlət Xidmətinin yeni rəhbərliyi ilk dövrlərdə antiinhisar sektorunda müəyyən irəliləyişlər etmişdi. Biz də dəstək verirdik bu quruma. Ümid edirdik ki, bu Xidmət 17 il Rəqabət Məcəlləsinin qəbuluna mane olanlarla vuruşa biləcək. İlk dövrlərdə qurum bəzi tenderləri ləğv etdirə bildi, bir neçə ciddi antiinhisar qərarlar oldu. İnhisarçılar bu qurumu saya almağa başlamışdılar. Vətəndaş Cəmiyyəti ilə əlaqələr güclənmişdi. Amma son bir ildə proses xeyli zəiflədi. Real inhisarçılıq faktlarına, açıq-aşkar qanunsuz tenderlərə qarşı qurumun yanaşmaları ağlabatan olmadı. Elə son vaxtlardakı tədbirləri də göstərdi ki, güman ki, deyəcək bir şeyləri də olmadığından vətəndaş cəmiyyəti ilə əlaqələri kəsiblər. Beləliklə, görünür ki, hökumət hələlik , necə deyərlər "kəşfiyyat" aparır. "Haqsız rəqabətçi Trendyol" ilə bağlı bir rəsmi mövqe yoxdur. Yalnız Antiinhisar Dövlət Xidmətinin bir nümayəndəsi bir tədbirdə sözü gedən fikri səsləndirib. Ümid edək, hökumət, İqtisadiyyat Nazirliyi, yaxud elə Antiinhisar qurum cəmiyyəti narahat edən bu məsələ ilə bağlı rəsmi bir açıqlama verəcəklər”, - O.Gündüz qeyd edib.

poliqon.info


Etiket: trendyol


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nərçə Ağayevin 85 illiyi münasibətilə məzarı önündə anım tədbiri keçirilib - Fotolar

Vladimir Putinin yeni avtomobili nümayiş olundu - Video

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib - Yenilənib

Nərimanovda bələdiyyə sədri Təmraz Tağıyev ağacların qəniminə çevrilib - Fotolar

Türkiyəli diplomat İƏT Baş katibinin islamofobiya üzrə xüsusi nümayəndəsi təyin edilib

Almaniyada futbol matçı zamanı iğtişaş: 155 polis xəsarət aldı

Ədalət Şükürovun qızının toyundan ilk - Video

Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanıldı

COP29-un Bakıda keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər

Ən çox oxunanalar