Şənbə, 27 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Oscar” mükafatlı rejissor Azərbaycana gəlir

Bakıda sentyabrın 6-10-da keçiriləcək VI ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı çərçivəsində Azərbaycana “Oscar” mükafatlı rejissor gələcək...

“Report” xəbər verir ki, Azərbaycan Animasiya Assosiasiyasının təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Kino Agentliyinin dəstəyilə uşaqlar və böyüklər üçün nəzərdə tutulmuş ənənəvi festival Nizami Kino Mərkəzində baş tutacaq. Ötən həftələrdə festival geniş proqramını açıqlayaraq bilet satışlarına başlayıb.

Festivalın beynəlxalq münsiflər heyəti və xarici qonaqlarının siyahısı da bəlli olub. Belə ki, festivalın beynəlxalq münsiflər heyətinə 6 xarici peşəkar daxil edilib: Isabelle Favez (İsveçrə), İsmayıl İman (Azərbaycan), Ana Chubinidze (Gürcüstan), Oktai İusibov (Azərbaycan, Finlandiya), Olivier Catherin (Fransa) və Tehzeeb Khurana (Hindistan).

Festivala Avropa və Asiyadan xüsusi qonaqlar – rejissorlar və animatorlar da qatılacaq: Məsud Pənahi (Azərbaycan, Almaniya), Kireet Khurana (Hindistan), Matthew Lyon (Kanada) və Michaёl Dudok de Wit (Niderland krallığı, Birləşmiş krallıq).

Qeyd edək ki, Michaёl Dudok de Wit 2001-ci ildə “Ata və Qız” (Father and Daughter) filminə görə “Ən yaxşı qısametrajlı animasiya filmi” nominasiyasında nüfuzlu “Oscar” mükafatı qazanmış niderlandəsilli rejissor və illüstratordur.

O, bu filmə görə “BAFTA” və “Annecy” (Ansi) festivalında Qran-Pri mükafatlarına da layiq görülüb. Rejissor festivala digər bir filmi – Yaponiyanın tanınmış animasiya şirkəti “Studio Ghibli” ilə birgə çəkdiyi “Oscar” mükafatına namizəd olmuş “Qırmızı tısbağa” (The Red Turtle) filmini şəxsən təqdim etməyə gəlir. Bundan əlavə, tanınmış rejissorun festival zamanı “Yaradıcılıq” və “Film dili və hekayə anlatması” adlı iki fərqli masterklası keçiriləcək. Masterklas həm peşəkar animasiya, kino və incəsənət mütəxəssisləri, həmçinin, bu sahənin həvəskarları üçün nəzərdə tutulub.

Festivalın bilet satışlarından əldə olunan gəlir gənc qadın rejissorlarımıza ianə ediləcək. Festival çərçivəsində İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyinin dəstəyilə “Animasiya filmləri vasitəsilə qadın haqları” adlı vörkşop və maliyyə proqramı da təşkil olunacaq. Proqramda beş müəllif iştirak etmək hüququ qazanıb.

Layihə iştirakçılarına münsiflər heyətinin üzvləri – Isabelle Favez və Olivier Catherin peşəkar təlimlər keçəcək. Mütəxəssislər iştirakçılara qısametrajlı animasiya filmləri layihələrini necə işləyib hazırlamağı, təqdim etməyi (pitching) və istehsal etməyi öyrədəcəklər.

Vörkşopun nəticəsi olaraq müəlliflər öz layihələrini festivalın “ANIMAFILM School: Pitçinq müsabiqəsi” tədbirində ictimaiyyətə təqdim edəcəklər. Ən yaxşı layihələr festivalın bağlanış mərasimində pul mükafatı ilə təltif olunacaq.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Keçəlliyə qarşı dərman olan əməköməcinin bilmədiyiniz faydaları

Dörd aylıq körpə binadan necə düşüb? - Təfərrüatlar, Yenilənib

Dünyanın ucuz şəhərləri: Qiymətlər çox sərfəlidir - Siyahı

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Arda Gülər "Real"da növbəti qolunu vurdu - Video

Günel Zeynalova xəstəxanadan görüntüsünü paylaşdı - Foto

ABŞ Ukraynaya silah alınması üçün fantastik məbləğ ayırdı

İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər - Yenilənib

Ukrayna Rusiyaya məxsus helikopteri Moskva aerodromunda məhv etdi

İlham Əliyev Berlindəki iqlim dialoqunda iştirak edib - Yenilənir, Video, Fotolar

Ən çox oxunanalar