Şənbə, 27 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Orta Dəhliz üzrə tranzit müddəti 2024-cü ildə 14-18 günə qədər azalacaq

Orta Dəhliz kimi də tanınan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TITR) üzrə tranzit müddətinin 2024-cü ildə 18-23 gündən 14-18 günə, o cümlədən Qazaxıstan ərazisində 6 gündən 5 günə endirilməsi planlaşdırılır...

Bu barədə “Report” Qazaxıstan mətbuatına istinadən xəbər verir.

Daha əvvəl bu marşrut üzrə malların çatdırılma müddəti 38-53 gün arasında dəyişirdi.

2023-cü ilin ilk 9 ayı ərzində TITR çərçivəsində yükdaşımaların həcmi 88 % artaraq 2 milyon tona çatıb. 2022-ci ilin analoji dövründə bu rəqəm 1,1 milyon ton olub. 2022-ci ildə marşrut üzrə yükdaşımaların həcmi 2,5 dəfə artaraq 1,5 milyon tona çatıb.

Qeyd olunur ki, dəhliz mövcud marşrutlara ciddi alternativə çevrilib. Onun ümumi ötürücülük qabiliyyəti ildə 5,8 milyon ton yük təşkil edir.

2022-ci ildə konteyner daşımaları 33 000 iyirmi fut ekvivalentli (TEU) konteyner olmuşdusa, Orta Dəhlizin hazırkı tutumu 80 000 TEU konteynerdir.

Qazaxıstanın strateji hədəfi 2030-cu ilə qədər Orta Dəhlizin ötürücülük qabiliyyətini 10 milyon tona çatdırmaqdır. Bu səyləri asanlaşdırmaq üçün adıçəkilən ölkə 2027-ci ilə qədər “dar keçidləri” aradan qaldırmaq və Orta Dəhlizi inkişaf etdirmək üçün Azərbaycan, Gürcüstan və Türkiyə ilə yol xəritələri imzalayıb.

Oktyabrın 26-da Tbilisidə “Qazaxıstan Dəmir Yolu”, “Gürcüstan Dəmir Yolları” və “Azərbaycan Dəmir Yolları” şirkətləri arasında TITR üzrə multimodal daşımaların inkişafı üzrə birgə müəssisənin yaradılması haqqında saziş imzalanıb. Noyabrda “Astana” Beynəlxalq Maliyyə Mərkəzində yeni “Middle Corridor Multimodal” şirkəti qeydiyyatdan keçib.

Şirkət “bir pəncərə” prinsipi əsasında xidmətlər göstərəcək, çatdırılma müddətlərinə zəmanət verəcək və Çin-Avropa/Türkiyə-Çin marşrutu üzrə multimodal xidmətin inkişafı üçün koordinasiya edilmiş siyasət həyata keçirəcək.

Həmçinin Avropanın nəqliyyat və logistika şirkətlərinin də dəhlizə cəlb edilməsi istiqamətində işlər davam etdirilir. Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin iyun ayında Astana səfəri zamanı Almaniyanın “Rhenus” şirkəti ilə “Qazaxıstan Dəmir Yolu” şirkəti arasında TITR üzrə yükdaşımaların artırılmasına dair anlaşma memorandumu imzalanıb.

Sənəd logistik mərkəzlərin inkişafı, Aktau və Kurık limanlarının terminal imkanlarının artırılması sahəsində əməkdaşlığı nəzərdə tutur.

İyun ayında Litvanın “LTG Cargo” şirkəti TITR Beynəlxalq Assosiasiyasına qoşularaq, Qazaxıstandan Litvaya və əks istiqamətdə yük axınının diversifikasiyası üçün yeni imkanlar açıb.

Hazırda Qazaxıstan Nəqliyyat Nazirliyi ilə Avstriya “Rail Cargo Group” şirkəti arasında ikincinin TITR assosiasiyasına daxil olması və Qazaxıstanda nümayəndəliyinin açılması ilə bağlı danışıqlar aparılır.

Qeyd edək ki, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan ərazisindən keçərək Türkiyə və Avropa ölkələrinə keçir.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Keçəlliyə qarşı dərman olan əməköməcinin bilmədiyiniz faydaları

Dünyanın ucuz şəhərləri: Qiymətlər çox sərfəlidir - Siyahı

Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - Yenilənib

Arda Gülər "Real"da növbəti qolunu vurdu - Video

Kral III Çarlz xərçəng diaqnozundan sonra gələn həftə vəzifələrinə davam edəcək

Rusiya səfiri Böyük Britaniya XİN-ə çağırılıb

Dövlət qurumunun əməkdaşı Şuşada minaya düşdü

Azər Axşam tənqid etdiyi kanalda yenidən işə başladı    

Fazil Mustafaya sui-qəsd cəhdi ilə bağlı məhkəmədə: "Dini çıxışlarına görə onu cəzalandırmaq istəyirdik"

Azərbaycanı Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Mikayıl Cabbarov və Samir Şərifov təmsil edəcək

Ən çox oxunanalar