Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Onların hər ikisi hakimiyyətin ziddinədir, amma...”

Ramiz Rövşən və Musa Yaquba Xalq Şairi fəxri adı verilib

“Ölkə prezidenti iki kişiyə - Ramiz Rövşən və Musa Yaquba Xalq Şairi fəxri adı verib. Hər iki fikir adamının yaradıcılığı, hər şeri, hər misrası bu hakimiyyətin mahiyyətinin ziddinədir”.
“Yeni Sabah” xəbər verir ki, bunu Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev deyib. O, bildirib ki, onsuz da, hər iki ziyalımız çoxdan Xalqın şairi idi və nur mənbəyidirlər: “Bir halda ki, çağdaş dövrümüzdə insanlar fəxri adların verilməsini sayğı addımı kimi qavrayırlar, biz də sevinək.

Bu aksiya milli adamların saya alınması, xalqın gücünün etirafıdır. Hakimiyyət növbəti dəfə, cəmiyyətlə konsensus axtarışında olduğunu nümayiş etdirir. Əslində, pis addım deyil, “burunlamaq” olmaz.

Sadəcə, bəzi suallar var, verməmək olmur. Niyə belə miqyaslı şəxsiyyətlər bu yaxınlarda keçirilmiş ziyalılarla görüşə dəvət almamışdı? Ramiz müəllim ki, qatıla, sözünü deyə bilərdi, axı. Sözündən çəkindiyiniz birisinə fəxri ad verməniz, zəifliyinizin etirafı deyilmi? Nədən belə gec? Bu illər ərzində görmürdünüzmü iki nəhəngi, sizə müxalif olanların deyən dilini?

Buna da islahat deməyə çalışacaqsınız, ən azı sətiraltı təlqinə cəhd edəcəksiniz. Amma keçməz. Ölkədə siyasi açılım olmayana qədər, heç bir addımınız cəmiyyəti “söndürə” bilməz. Çünki problemlərimiz siyasidir, sizin idarəçiliyinizdən qaynaqlanır. Buna son verməyənə qədər isə, hər işimiz əyri qalacaq, torpaq da düşmən tapdağında.

Yeri gəlmişkən, Ramiz Rövşənin baba yurdu Qubadlı, Qarabağ düşməndə olduqca, o da sizinlə barışmayacaq. Üzdə sakit görünə bilər. Daxilindəki vulkan hər an püskürə biləcək.

Cəmiyyətimiz də Ramiz müəllimə bənzəyir. Axı o xalqın şairidir”.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Vladimir Putinin yeni avtomobili nümayiş olundu - Video

Nərçə Ağayevin 85 illiyi münasibətilə məzarı önündə anım tədbiri keçirilib - Fotolar

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib - Yenilənib

Nərimanovda bələdiyyə sədri Təmraz Tağıyev ağacların qəniminə çevrilib - Fotolar

Ədalət Şükürovun qızının toyundan ilk - Video

Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanıldı

Türkiyəli diplomat İƏT Baş katibinin islamofobiya üzrə xüsusi nümayəndəsi təyin edilib

Almaniyada futbol matçı zamanı iğtişaş: 155 polis xəsarət aldı

COP29-un Bakıda keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər

Ən çox oxunanalar