Bazar, 28 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Onlar Rusiyanın orden və medallarından niyə imtina etmirlər? - Hüquqşünas

"Artıq qeyd etmişəm ki, bu gün Azərbaycan həqiqətən müstəqil dövlət olması, Qarabağı azad etməsi üçün apardığı mübarizədə finiş nöqtəsindədir. Bunun üçün birinci növbədə qonşu Rusiya işğalçı Ermənistana təmənnasız yardım etməsini, xüsusilə silahlandırmasını dayandırmalıdır".

Bunu hüquqşünas Aslan İsmayılov deyib.

A.İsmayılov xatırladıb ki, Prezident İlham Əliyev 17 illik prezidentliyi dövründə ilk dəfə Rusiyanın Ermənistanı silahlandırmasına açıq etiraz edib: "Bu etiraz Azərbaycan vətəndaşları tərəfindən çox müsbət qarşılandı. Bununla belə bu gün çox vacib bir məsələ toxunulmamış qalıb".

Hüquqşünas digər məsələyə də münasibət bildirib: "Bu gün cəmiyyət bir suala cavab verilməsini tələb etməlidir. Necə olur ki, uzun illər Rusiya rəhbərliyi tərəfindən orden-medallarla təltif olumuş vəzifəli şəxslər, deputatlar, elm və incəsənət adamları torpaqlarımızı işğal etmiş ölkənin onları təltif edənlər tərəfindən silahlandırmasına etiraz etmirlər, həmin orden medallardan imtina etmirlər?! Başa düşürəm ki, Rusiya çox böyük dövlətdir və biz ölkə olaraq bunu nəzərə almalıyıq. Yaxşı, bunun üçün ölkənin birinci vitse-prezidenti Mehriban Əliyevanın bu addımı atmamasını başa düşürəm və doğru addım sayıram. Ancaq nə üçün onlarla digər şəxslər susurlar?! Nə üçün bu günə qədər Rusiyanın bizə qardaşlığından, dostluğundan dəm vuranlar və onun marağı üçün öz vətəndaşlarına divan tutduranlar, həbsə atdıranlar bu gün susurlar?! Axı ölkə Prezidenti nə qədər riskli olsa da münasibət bildirdi. Bu orden-medallılar özlərini hansı ölkənin vətəndaşı sayırlar?! Əgər həqiqətən onlar özlərini Azərbaycan vətəndaşları sayırlarsa bu gün Rusiya hakimiyyət dairəsinin işğalçı Ermənistan sevdasına etirazlarını bildirməlidirlər! Bunun üçün kiminsə göstərişi lazım deyil. Sadəcə vətəndaş olmaq, Azərbaycanı sevmək lazımdır! Heç olmasa qonşu Gürcüstanın keçmiş SSRİ əfsanəsi, bütün karyerası Rusiya ilə bağlı olan mədəniyyət xadimi Vaxtanq Kikabidzedən nümunə götürsünlər. Axı bizdə də belə bir nümunə olub. Fransanın ədalətsiz mövqe sərgiləməsinə görə dünya şöhrətli rejissorumuz Rüstəm İbrahimbəyov Fransanın “İncəsənət və ədəbiyyat” ordenindən imtina etdi və Azərbaycan-Fransa Mədəni Əlaqələr Cəmiyyətinin prezidenti qismində fəaliyyətinə xitam verdi. Bütün sosial şəbəkə iştirakçılarından bu məsələyə biganə qalmamağı, Azərbaycan adlı dövlətin hesabına var-dövlət toplamışlardan bu dövlət qarşısında da öhdəliklərinin olduğunu yadlarına salmağı xahiş edirəm".(pravda.az)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - Yenilənib

Dövlət qurumunun əməkdaşı Şuşada minaya düşdü

Azərbaycanı Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Mikayıl Cabbarov və Samir Şərifov təmsil edəcək

Fazil Mustafaya sui-qəsd cəhdi ilə bağlı məhkəmədə: "Dini çıxışlarına görə onu cəzalandırmaq istəyirdik"

Azər Axşam tənqid etdiyi kanalda yenidən işə başladı    

Onlayn oyunlara qoşulan şəxslərin kartından 30 min manat oğurlanıb - Saxlanılan var

Abşeron rayonunda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 101 illiyi qeyd edilib

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri: Bölmələr ehtiyat və təyinat rayonlarına çıxarılıblar - Foto

Bu yaxınlarda Laçının Sus kəndinə ilk köç olacaq - Püşk atılıb

Ən çox oxunanalar