Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Onlar öz oyunları ilə bizə ciddi problemlər yarada bildilər“


"İlk növbədə, rəqibi qələbə münasibətilə təbrik edirəm. Komandamızın problemləri barədə öz aramızda danışacağıq. Qazaxıstan isə yaxşı oynadı. Biz ilk 20 dəqiqədə uduzduq. Sonradan toparlanaraq yaxşı oyun sərgiləməyə çalışdıq. Lakin bu, mənim gözlədiyim oyun deyildi"


"Report" xəbər verir ki, bunu Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanov səfərdə Qazaxıstan yığmasına 0:3 hesabı ilə uduzduqları yoldaşlıq görüşündən sonra mətbuat konfransında deyib. 46 yaşlı mütəxəssis jurnalistlərin suallarını da cavablandırıb...

- Qazaxıstan millisi sizi nə iləsə təəccübləndirdi? 

- Oyunun çətin olacağını bilirdik. Qazaxıstan futbolu hazırda inkişafdadır və bu, təkcə klub səviyyəsində deyil.

- Komandanız sanki erkən qolu buraxdıqdan sonra dağıldı. Buna səbəb nə oldu?

- Komandamızın buna hazır olduğunu desəm, inanmazsınız. Lakin biz bilirdik ki, rəqib ilk dəqiqələrdən pressinq edəcək. Komandama bu təzyiqlərin qarşısını almaq üçün güc çatmadı.

- İkinci hissənin ortalarında əvəzləmələr etdiniz. Gənclərə oyun imkanı yaratdınız, yoxsa oyunu xilas edənləri axtarırdınız?

- Xeyr, burada məsələ tamamilə başqadır. Mən heyətdə dəyişiklikər etdim. Əvəzləmələr gələn oyunlarda meydana çıxa biləcəklərini futbolçulara göstərməkdir.

- Qazaxıstan yığmasının heyətində kimi qeyd edərdiniz?

- Qeyd etdiyim kimi, qazaxıstanlılar xüsusən hücumda artırıblar. Komanda topa daha yaxşı nəzarət etməyə, hücumlar qurmağa başlayıb. Hücum xəttindəki oyunçuları qeyd edərdim. Onlar öz oyunları ilə bizə ciddi problemlər yarada bildilər.

- Bir neçə gün əvvəl Qırğızıstana qalib gəlmişdiniz. Qırğızıstan və Qazaxıstanı müqayisə edə bilərsiniz? 

- Fərq ciddidir. Lakin müqayisə etmək istəmirəm. Qazaxıstan yığması əhəmiyyətli dərəcədə güclüdür.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Vladimir Putinin yeni avtomobili nümayiş olundu - Video

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib - Yenilənib

Nərçə Ağayevin 85 illiyi münasibətilə məzarı önündə anım tədbiri keçirilib - Fotolar

Nərimanovda bələdiyyə sədri Təmraz Tağıyev ağacların qəniminə çevrilib - Fotolar

Ədalət Şükürovun qızının toyundan ilk - Video

Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanıldı

COP29-un Bakıda keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər

Ən çox oxunanalar