Cümə axşamı, 10 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Ölkəmizi Qacarlar dövlətinin varisi hesab edirəm” - Sülhəddin Əkbər

“Biz o qədər güclənməliyik ki, keçmiş tarixi dövlətimizə sahiblənə bilək. Mən ölkəmizi indiki İran adlanan ərazidə mövcud olmuş Qacarlar dövlətinin varisi hesab edirəm”.

“AzPolitika.info” xəbər verir ki, bunu Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər “Kanal 13” internet televiziyasına müsahibəsində bildirib.. 

Onun sözlərinə görə, İran müstəqil, dünyəvi, demokratik, uğurlu bir Azərbaycan dövlətinin formalaşmasını istəmir. “Çünki bu onun maraqlarına uyğun deyil, onu özünün milli təhlükəsizliyinə təhdid kimi görür. Azərbaycan 44 günlük müharibədə Ermənistan üzərində qələbə qazandıqdan sonra İranın bizdən gördüyü bu potensial təhdid aktuallaşdı. Mən 2017-ci ildə nəşr etdirdiyim “Dövlət siyasətinin əsasları” kitabımda İranı aktuallaşmağa meyilli potensial təhdid kimi dəyərləndirmişdim. Budur, vaxt gəldi, bu təhdid qısa müddətdə aktuallaşdı. Bunun tarixi səbəbləri var. Çünki Azərbaycanın dövlətçilik tarixinə baxdıqda, biz Şimalı Azərbaycanın işğal olunduğu dövrə çıxırıq. Daha da dərinə getdikdə bu coğrafiyada min il ərzində hökmranlıq etmiş Türk sülalələrinin dövlətçilik tarixi ilə rastlaşırıq: Böyük Səlcuqlar İmperiyası, Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər, Əfşarlar, nəhayət, Qacarlar dövləti. Məlumdur ki, 1923-25-ci illərdə RusiyaBritaniyanın birgə səyləri nəticəsində Türk sülalələri hakimiyyətdən devrildi və Pəhləvilər hakimiyyətə gətirildi. Yəni tarixin bu arxa planını bilmədən biz hadisələri aça bilməyəcəyik”, - partiya sədri vurğulayıb.

pia.az 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Sanki mənə evlilik təklif edib,”hə” cavabı alıb…” - Polad Həşimovun xanımı

Prezident İlham Əliyev Pre-COP29-un iştirakçılarına müraciət ünvanlayıb - Yenilənib

Azərbaycanda qadın müdirindən uşaq dünyaya gətirdi

Avropa Parlamenti Gürcüstana ayrılan maliyyənin dondurulmasını tələb edib

İcra başçısının müavininə hücum edildi - Rəsmi açıqlama

Bu “sürət”lə hara gedirik? - ADY tənqid edildi

Azərbaycanlı biznesmen oğluna dəbdəbəli ad günü etdi - Video

Polkovnikin faciəli şəkildə həlak olan oğlu dəfn edildi

Ən çox oxunanalar