Bazar, 05 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Oğlunun "qumar ehtirası" Mahir Quliyevə baha başa gəlib

Oğlu qumarda nə qədər pul uduzub?...

Hazırda istintaq altında olan Biləsuvar rayonunun sabiq icra başçısının böyük məbləğdə borclandığı məlum olub.

PİA.az xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Biləsuvar Rayon İcra Hakimiyyətinin binasında keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs olunan icra başçısı Mahir Quliyevin oğlunun qumar ehtirası atasına baha başa gəlib.

Məlumata görə, həbs olunan sabiq icra başçısının 8-10 milyon manat məbləğində yüksək faizlə götürülmüş borcunun olduğu müəyyən edilib.

Quliyevi külli miqdarda borc götürməyə vadar edən səbəb isə oğlunun qumarda yuxarıda göstərilən məbləğdə pul uduzması olub.

Bildirilir ki, Hacı İbrahim Nehrəmlinin kürəkəni olan keçmiş başçının oğlu qumar masasında dəfələrlə yüksək məbləğdə pul uduzub.

Oğlunun qumar borclarını qaytarmaq məcburiyyəti isə Quliyevin üzərinə düşdüyündən, o, yüksək faizlə 8-10 milyon manat məbləğində borc götürməli olub.

Hazırda istintaqı davam edən sabiq icra başçısının bu borcu necə qaytaracağı artıq başqa söhbətin mövzusudur. (Yenicag.az)

pia.az


Etiket: qumar borcu


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Green card” müraciətlərinin nəticələri açıqlandı - Yenilənib

Şəkidə qətl hadisəsinin təfərrüatları məlum olub - Yenilənib

Azərbaycanda ilin ortalarında büdcə proqnozlarına yenidən baxıla bilər

İsa Qəmbər yenidən Müsavat Partiyasının başqanı seçilib

Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - Yenilənib

Azərbaycan Premyer Liqası: "Qarabağ" "Neftçi"ni böyük hesabla məğlub edib

Kreml Ukraynanın keçmiş prezidentini axtarışa verib

Ukrayna XİN Rusiyanın Zelenskini axtarışa verməsinə münasibət bildirib

Ən çox oxunanalar