Bazar, 28 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Od çərşənbəsində tonqala yıxılaraq xəsarət alanların sayı açıqlandı

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Od çərşənbəsi ilə əlaqədar qalanan tonqala yıxılaraq xəsarət alanlar barədə açıqlama verib...

TƏBİB-dən bildirilib ki, martın 5-i, axşam saatlarında paytaxt Bakıda və Sabirabad rayonu ərazisində ümumilikdə üç nəfər Od çərşənbəsi ilə əlaqədar qalanan tonqala yıxılaraq xəsarət alıb:

“Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə saat 23:30-da Xətai rayonu Gəncə prospekti 63 M ünvanından 2015-ci il təvəllüdlü (kişi cinsli) şəxsin tonqala yıxılaraq xəsarət alması səbəbi ilə çağırış daxil olub. O, sol budun yuxarı üçdə birinin qəlpəli sınığı diaqnozu ilə Sabunçu Tibb Mərkəzinin Uşaq travmatologiya və ortopediya şöbəsinə hospitalizasiya olunub. Yüngül yanıq xəsarətləri də alan pasiyentin müalicəsi hazırda davam etdirilir, vəziyyəti stabil olaraq qiymətləndirilir.

Analoji hadisə Sabirabad rayonunda da qeydə alınıb. Belə ki, 2012-ci il təvəllüdlü və 2021-ci il təvəllüdlü (hər iksi kişi cinsli olmaqla) azyaşlılar hər iki əlin yanığı diaqnozu ilə Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Hər iki şəxsə zəruri tibbi yardım göstərilərək, ambulator müalicə üçün evə buraxılıblar”, - deyə qeyd edilib.

Qeyd edək ki, ötən gün Od çərşənbəsində tonqaldan tullanan uşaqlar toqquşaraq alova yıxılıblar.

Poliqon.info

 


Etiket: Tonqal


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - Yenilənib

Dövlət qurumunun əməkdaşı Şuşada minaya düşdü

Azər Axşam tənqid etdiyi kanalda yenidən işə başladı    

Azərbaycanı Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Mikayıl Cabbarov və Samir Şərifov təmsil edəcək

Fazil Mustafaya sui-qəsd cəhdi ilə bağlı məhkəmədə: "Dini çıxışlarına görə onu cəzalandırmaq istəyirdik"

Onlayn oyunlara qoşulan şəxslərin kartından 30 min manat oğurlanıb - Saxlanılan var

Abşeron rayonunda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 101 illiyi qeyd edilib

Moskvada “Reuters” xəbər agentliyinin prodüseri həbs edilib

Bu yaxınlarda Laçının Sus kəndinə ilk köç olacaq - Püşk atılıb

Azərbaycanda magistral yolda hərəkət məhdudlaşdırılacaq    

Ən çox oxunanalar