Nyu-Yorkda baş verən zəlzələdən sonra ştatın iki hava limanı fəaliyyətini dayandırıb...
APA-nın "Reuters"ə istinadən xəbərinə görə, bu barədə ştat rəhbərliyi qərar verib.
Ümumilikdə 286 reys təxirə salınıb.
Bildirilib ki, qərar hava limanlarının texniki vəziyyətinin monitorinqi məqsədi daşıyır.
Qeyd edək ki, ştat ərazisində 5,5 bal gücündə yeraltı təkanlar qeydə alınıb.
Təbii fəlakətdən sonra BMT Təhlükəsizlik Şurasının iclası da təxirə düşüb.
Poliqon.info