Bazar, 05 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nyu-Yorkda Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd olunub - Foto

ABŞ-nin Nyu-York şəhərində Azərbaycanın BMT yanında daimi nümayəndəliyinin təşkilatçılığı ilə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə tədbir keçirilib.

"Report"un yerli bürosu xəbər verir ki, tədbirdə diplomatlar, Birləşmiş Ştatlarda fəaliyyət göstərən təşkilat və dərnək rəhbərləri, Nyu-Yorkda yaşayan Azərbaycan icmasının nümayəndələri iştirak ediblər.

Əvvəlcə Azərbaycanın Dövlət himni səsləndirilib və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Azərbaycanın BMT yaninda daimi nümayəndəsi Yaşar Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə soydaşlarımızı təbrik edib. Diplomat bildirib ki, Ali Baş Komandan İlham Əliyevin müdrik siyasəti və Azərbaycan Ordusunun gücü sayəsində ölkəmizin ərazi bütövlüyü bərpa olunub və artıq dünyanın bütün yerlərində yaşayan həmvətənlərimiz bütöv Azərbaycanın vətəndaşları olaraq Həmrəylik Gününü qeyd edirlər.

Y.Əliyev söyləyib ki, Ulu Öndər Heydər Əliyev tərəfindən təməli qoyulan Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü getdikcə daha böyük məna və əhəmiyyət kəsb edir:

"Dövlət quruculuğunun bütün sahələrində əldə olunan mühüm nailiyyətlər Azərbaycanın dünya birliyində layiqli yer tutmasına geniş imkanlar açır. Elə bunun nəticəsidir ki, dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 gələn il Azərbaycanda keçiriləcək. Azərbaycanın bu tədbirə ev sahibliyi etməsi Prezident İlham Əliyevin növbəti təntənəli qələbəsinin və beynəlxalq ictimaiyyətin ölkəmizə yekdil dəstəyinin təzahürüdür".

Tədbirdə Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın ərazi bütövlüyünün bərqərar olunması ilə bağlı arzularının əks olunduğu və Prezident İlham Əliyevin işğaldan azad edilmiş tarixi torpaqlarımızda - Şuşada, Laçında, Xankəndində lentə alınmış video görüntüləri nümayiş olunub.

Sonda ABŞ-da fəaliyyət göstərən azərbaycanlı musiqiçilər Samir və Veronikanın ifasında xalq və bəstəkar mahnıları səsləndirilib.

Fotolar

Poliqon.info 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Green card” müraciətlərinin nəticələri açıqlandı - Yenilənib

Şəkidə qətl hadisəsinin təfərrüatları məlum olub - Yenilənib

Azərbaycanda ilin ortalarında büdcə proqnozlarına yenidən baxıla bilər

Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - Yenilənib

İsa Qəmbər yenidən Müsavat Partiyasının başqanı seçilib

Azərbaycan Premyer Liqası: "Qarabağ" "Neftçi"ni böyük hesabla məğlub edib

Ukrayna XİN Rusiyanın Zelenskini axtarışa verməsinə münasibət bildirib

Samir Şərifov: Hökumət dəmir yolu infrastrukturu üçün AİB-dən vəsait cəlb edə bilər

Şəmkirdə ağır yol qəzasında ölən və xəsarət aslanların kimliyi məlum olub - Yenilənib

Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb - Yenilənib

Ən çox oxunanalar