Cümə, 10 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nizami rayon İcra Hakimiyyətindən absurd tələb: Vətəndaş obyektin qapısını “icazə” ilə dəyişməlidir? – Fotolar

Nizami Rayon İcra Hakimiyyəti Rayon təsərrüfatı şöbəsi müdirinin vətəndaşdan rüşvət istədiyi iddia olunur...

Yenicag.az-a müraciət edən Bakı şəhər Nizami rayon Kamil Balakişiyev küçəsi 11 ünvanında yaşayan vətəndaş Rzayeva Svetlana Nikolayevna adi bir məsələyə görə problemlə üzləşdiyini deyib.

Svetlana Rzayevanın sözlərinə görə, Nizami Rayon İcra Hakimiyyəti ilə aralarındakı problem onun öz adına olan 28 kvadrat metrlik obyektin qapısını dəyişmək istəməsi ilə başlayıb. Belə ki, Rzayeva obyektin qapısını dəyişmək istəsə də, Nizami Rayon İcra Hakimiyyəti Təsərrüfatı şöbəsinin müdiri Tural Cavadov bu işə ciddi-cəhdlə əngəl törədir.

Şikayətçi bildirib ki, o, obyektin qapısını dəyişdikdən 15 gün sonra Tural Cavadov onların Bakı şəhərində olmamasından istifadə edərək obyektin qapısına əlavə dəmir qapı vuraraq kilidləyib.

Svetlana Nikolayevna iddia edir ki, Tural Cavadov “gəlib bizi görün”, deyə onlara ismarış da göndərib. Yəni Nizami Rayon İcra Hakimiyyəti Təsərrüfatı şöbəsinin müdiri Tural Cavadov adi bir iş üçün vətəndaşdan rüşvət tələb edib. Rzayeva isə bu tələblə razılaşmayaraq Tural Cavadovun bəhs olunan davranışı ilə bağlı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə şikayət edib.

Mövzunu diqqətdə saxlayacağıq.

Fotolar

Poliqon.info

 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qusar meşəsindən bu görüntü yayıldı, polis hərəkətə keçdi - Foto

Aytən Səfərova Xəzər TV-dən uzaqlaşdırılıb?

Ermənistanda delimitasiya əleyhinə yürüş edənlər İrəvana çatıblar - Video

Şuşaya yeni həyat verilir: İlk köçün həyəcanı yaşanır - Video

İki övladını küçəyə atan ananın üçüncü övladı da əlindən alındı - Açıqlama

Bir qrup incəsənət xadiminə Prezident mükafatları veriləcək - Sərəncam

Dövlət Film Fondunun direktoru: “Çətin vəziyyətdə qalmışdıq, Hacıbaba Bağırov bizə iş verdi” - Foto  

Sumqayıtda “Azərişıq” ASC-nin əməkdaşını elektrik cərəyanı vurub

Ən çox oxunanalar