Cümə axşamı, 02 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Niyə may ayında toy etmək olmaz?

"May ayında toy etmək olmaz" ifadəsini eşitməyən tapılmaz. Qədim bir inanca görə may ayında baş tutan nikahlar bədbəxt sonluqla nəticələnir.

Poliqon.info bildirir ki, lent.az "Belə yaranıb" rubrikasında bu qəribə inancın yaranma tarixçəsinə nəzər salacaq.

Antik dövr Romasında və Yunanıstanda may ayında baş tutan evliliklərin yarımçıq qalmasına dair deyimlər var. Məsələn romalı şair Ovidey, yunan filosofu Plutarx may toylarını öz əsərlərində "qaralamışdılar".

Qədim Pravoslav təqviminə əsasən, Pasxa bayramının bir hissəsi may ayına düşürdü. Pasxadan öncə bir sıra oruc tutmaq ritualları var idi və bu rituallara evlənmək qadağası da daxil idi. Xristianlıqda həftənin ikinci və dördüncü günləri toy etmək bəyənilən hərəkət deyil. Pasxanın yeddinci günü də evlənmək olmazdı. Bazar ertəsi və bazar günləri isə toy üçün ən münasib zaman sayılırdı.

Avropada may toyunun bədbəxt sonluğuna inancın kökü 1567-ci ilə gedib çıxır. 1567-ci ilin may ayında Şotlandiya kraliçası Mariya Stüart üçüncü dəfə ərə getdi və bu nikah böyük bədbəxtliklə nəticələndi. O gündən sonra sadə xalq da, monarx ailələri də mayda edilən toyun kraliçaya düşməməsinə inandılar. Bu ənənə sonralar bütün kral ailələrinə sirayət etdi.

Lakin 2018-ci il may ayının 19-da Britaniya kral ailəsinin amerikalı gəlini Meqan Markl bu xurafata son qoydu. Kral ailəsinin narazılığına baxmayaraq, o, toyunun mayda olmasını istədi. Hərçənd sonluq da xoş görünmədi. Meqan gələn gündən ailəsi ilə yola gedə bilmədi, ərini də götürüb vətəninə qayıtdı.

Qədim slavyanlar mayda evlənənlər "ömür boyu islanar, əzilər" ifadəsini işlədirlər. Bu may ayında ərzağın bitib-tükənməsi ilə əlaqədardır. Hər nə qədər baharda qan qaynasa, güllər, çiçəklər açsa da, bu fəsildə qışdan qalan ərzaq tükənir, yeni ərzaq isə hələ toplanmamış olurdu. Buna görə, may toyu elə də arzuolunan sayılmırdı.

May toyuna qarşı Polşada da xurafatlar mövcuddur.

Ermənilər aprel ayının sonu, may ayının əvvəli öz qondarma soyqırımlarının matəmini tutduqlarına görə, mayda toy etmirlər.

Müsəlmanlarda isə toy edilməyən Məhərrəm və Səfər aylarında belə toy qadağası yoxdur. İnsanlar öz istəkləri ilə, peyğəmbər ailəsinə ehtiram olaraq 1400 il öncə baş vermiş faciəni yad edərək, toy etmirlər.

Psixoloqlar deyirlər ki, insan nəyi düşünürsə, onu maddiləşdirir. Ona görə mayda toy etmək olar. Yetər ki, pis şeylərə inanıb onu həyatına çəkməyəsən.

Ümumilikdə, mayda toy etməyin bədbəxtliklə nəticələnəcəyinə dair bir dəlil, əsas, dini və ya hansısa elmi fakt yoxdur.

Gözəl şeylərə inanın ki, qapınızı xoşbəxtlik çalsın.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” – Seymur Orucovun qohumu həbs edildi

Prezident VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib, nitq söyləyib - Yenilənib

Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq

MSK sabah Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verilməsi barədə məsələyə baxacaq

Cəlilabadda çiyələyin qiyməti 4 dəfə ucuzlaşıb 

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Respublika Sanitariya-Karantin Mərkəzində əməliyyat keçirilib, üç vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb edilib

Neftin qiyməti sürətlə ucuzlaşır: Səbəblər nədir?..

Talıbovlara bağlı olan 16 milyonluq şirkət ləğv olunaraq 37 milyonluq şirkətə birləşdi

Ən çox oxunanalar