Bazar, 05 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nikolas Maduro: “Nefti petro vasitəsilə satacağıq”

“Venesuela neftini və qızılın bir hissəsini milli petro kriptovalyutası ilə satacaq”...

“El Nacional” xəbər verir ki, bu barədə ötən gün ölkənin Prezidenti Nikolas Maduro bildirib.

O deyib ki, Venesuela neftini petro ilə satacaq: “İndi Venesuelanın dəmirini, poladını petroya satırıq. Hazırda neft, polad, dəmir, alüminium ilə bağlı satış müqavilələrimiz var, hasil etdiyimiz qızılın da bir hissəsini petroya satacağıq”.

Yerli kriptovalyutanı xalqın gündəlik həyatında uğurla tətbiq etdiklərini diqqətə çatdıran dövlət başçısı ötən ilin dekabr ayının təqaüdlərini, metro işçilərinin müavinətlərini məhz petro ilə köçürdüklərini söyləyib: “Sınaqlar uğurlu keçir”.

Qeyd edək ki, Prezident N.Maduro milli kriptovalyutanın tədavülə buraxıldığını 2017-ci ilin oktyabr ayında elan etmişdi. 2018-ci il fevralın 20-dən satılan petronun qiyməti ölkədə hasil olunan neftin bir barelinin qiymətinə bağlıdır. (Report)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Green card” müraciətlərinin nəticələri açıqlandı - Yenilənib

Şəkidə qətl hadisəsinin təfərrüatları məlum olub - Yenilənib

İlham Əliyevdən Xankəndi ilə bağlı sərəncam 

Azərbaycanda ilin ortalarında büdcə proqnozlarına yenidən baxıla bilər

Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - Yenilənib

"Yelo Bank"dan şikayət: "Əsəbinizi korlamaq istəmirsizsə, bu bankdan uzaq durun" 

İsa Qəmbər yenidən Müsavat Partiyasının başqanı seçilib

Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - Video

FIFA prezidenti futbol qaydalarında daha bir dəyişiklik etməyə hazırlaşır

Ən çox oxunanalar