Şənbə, 18 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nikki Heyli prezident seçilsə, Trampı əfv edəcək

ABŞ prezidentliyinə namizəd, respublikaçı Nikki Heyli deyib ki, 2024-cü il seçkilərində qalib gəlsə, dörd cinayət ittihamı ilə üzləşən Ağ Evin keçmiş rəhbəri Donald Trampı əfv etmək qərarına gələ bilər...

Poliqon xəbər verir ki, onun sözlərinə görə, belə bir qərar düzgün olacaq.

"Mən Trampı əfv edərdim. Günahı sübuta yetirilərsə, lider ölkənin ən yaxşı mənafelərinə nəyin uyğun olduğunu düşünməlidir. Ölkəmizi parçalamaqda davam edən 80 yaşlı kişinin həbsxanada oturmasına imkan verməmək ölkənin xeyrinədir. Onu əfv etmək ölkənin mənafeyinə uyğun olardı ki, biz bir ölkə olaraq davam edə bilək və onun haqqında daha çox danışmayaq", deyə Nikki Heyli izah etdi.

Qeyd edək ki, 2023-cü ilin yayında Trampa qarşı bir neçə cinayət işi, o cümlədən 2021-ci ilin yanvarında Kapitoliyə hücum cəhdi, 2020-ci il seçkiləri və keçmiş ABŞ prezidentinin Mar-a-Laqo malikanəsində məxfi sənədlərin qanunsuz saxlanması ilə bağlı ittiham irəli sürülüb. Siyasətçi özü bütün hallarda təqsirli olduğunu inkar edir, ona qarşı aparılan araşdırmaları hazırkı prezident Co Bayden administrasiyası tərəfindən siyasi təqib adlandırır. Mətbuatda yayılan məlumatlara görə, Tramp tərəfdarlarına xəbərdarlıq edib ki, onu bütün ittihamlar üzrə 561 il həbs gözləyir.

Bundan əvvəl "McLaughlin & Associates" təşkilatının dekabrda keçirdiyi sorğuya əsasən, Tramp respublikaçılar arasında prezidentlik yarışında favoritdir. Araşdırmaya görə, Ağ Evin keçmiş rəhbərinə 61%, Heyliyə isə cəmi 10% dəstək var.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Fantastik qiymətə avtomobil nömrələri satılır - Video

Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - Video

Bakıda iki qadınla yaşayan taksi sürücüsü qatilə çevrildi - Video

Mətanət Əsgərqızı DİN yanında İctimai Şuradan qovuldu

Mustafa Ceceli Azərbaycanlı jurnalistdən üzr istədi

14 yaşlı argentinalı fubolçu Maradonanın rekordunu qırıb

Azərbaycan Premyer Liqası: "Qarabağ" "Turan Tovuz"a qalib gəlib

ABŞ Ukraynaya silah tədarükü üzrə qrupun iclasını keçirəcək

İsrail ordusu: Ötən il Qəzzada öldürülən 3 girovun meyitləri tapılıb

Sankt-Peterburqda hərbi akademiyada partlayış olub, 7 nəfər yaralanıb - Yenilənib

Ən çox oxunanalar