Cümə axşamı, 03 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Moldova ordusunun keçmiş Baş Qərargah rəisi vətənə xəyanətdə ittiham olunur

Moldova Silahlı Qüvvələrinin Baş Qərargahının keçmiş rəhbəri İqor Qorqan rəsmən dövlətə xəyanətdə ittiham olunub...

Poliqon xəbər verir ki, bu barədə TV8-ə prokurorluğun Cinayət və Xüsusi İşlərə Qarşı Mübarizə İdarəsinin mətbuat katibi Emil Qaytur məlumat verib.

"Ona təqsirləndirilən şəxs statusu verilib. Cinayət işi üzrə istintaq davam etdirilir", deyə prokurorluq nümayəndəsi bildirib.

İqor Qorqan Ukrayna hərbi rəsmilərinin ölkəyə nə vaxt səfər etdiyi barədə məlumatları Rusiyaya ötürməkdə ittiham olunur. Bu səfərlərin məqsədinin Ukrayna Silahlı Qüvvələri üçün mərmi almaq olduğu dəqiqləşdirilir.

Qeyd olunub ki, İqor Qorqanın Baş Qərargah rəisi vəzifəsinə namizədliyi bir vaxtlar ABŞ tərəfindən dəstəklənib. İyun ayında Moldova prezidenti Maya Maya Sandu İqor Qorqanı dövlət mükafatlarından - "Hərbi xidmətlərə görə" medalından və III dərəcəli "Vətənə sədaqət" ordenindən məhrum edib.

Bir müddət əvvəl İqor Qorqanın QRU-nun kuratoru, polkovnik Aleksey Makarovla "Telegram" yazışmalarına giriş əldə edən "The Insider"in araşdırmasında deyilir ki, keçmiş qərargah rəisi uzun illər Rusiya Baş Kəşfiyyat İdarəsinin informatoru olub. Jurnalistlərin sözlərinə görə, Moldova hərbçiləri mütəmadi olaraq Rusiya kəşfiyyatçılarına respublikadakı daxili siyasi vəziyyət barədə məlumat verir, həmçinin Moldovadan hərbi texnika və mərmi alan Ukrayna Müdafiə Nazirliyinin nümayəndələrinin səfərləri barədə danışıblar.

"The Insider"in hərbi kəşfiyyat mənbəsi ehtimal edir ki, Qorqan hələ 2004-cü ildə NATO-nun Bosniya və Herseqovina, Gürcüstan və İraqdakı beynəlxalq missiyalarında xidmət edərkən işə götürülüb. Həmin vaxt o, Rusiyanın Kişinyovdakı hərbi attaşesi Vadim Uxnalevlə kəşfiyyat əlaqəsində olub. Sonra növbəti hərbi attaşe İqor Dovbnya onun kuratoru olub (2017-ci ildə casusluq fəaliyyətinə görə Moldovadan qovulub).

2019-cu ildən İqor Qorqan Rusiyanın Kişinyovdakı səfirliyinin hərbi attaşesi vəzifəsində çalışmış polkovnik Aleksey Makarovla əlaqə saxlayıb. Moldova jurnalistləri onu Rusiyanın Kişinyovdakı səfirliyində bir neçə dəfə, həmçinin bir dəfə Makarovla məxfi görüş zamanı görüblər.

2022-ci ilin aprelində Rusiyanın Ukraynaya genişmiqyaslı işğalı başlayandan sonra Qorqan və Makarov arasında yazışmalar intensivləşib. O, xüsusilə kuratora məlumat verib ki, "Ukroboroneksport" Moldovadan 6 ədəd MiQ-29 təyyarəsi almağa çalışır və Ukraynalılar artıq üç həftədir ki, bizim Müdafiə Nazirliyimizin ətrafında gəzir və hər şeyi, xüsusən də artilleriya mərmilərini istəyirlər.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ruslar taktikalarını təkmilləşdirib: Ukraynanın şərqindəki əraziləri görünməmiş sürətlə itirilir...

Yeni sədr onların da qohumlarını işdən çıxardı - Foto

Prezident general-mayoru rütbəsindən məhrum edib

Bakıda məktəbdə tədris dayandırıldı - şagirdlər evə buraxıldı

NYT: Seçkilərə görə ABŞ-ın İsrailə kifayət qədər təsir aləti yoxdur...

Maaş, pensiya və sosial ödənişlər nə qədər artacaq?

Bakıda qorxunc ağ Amerika həşəratları yayılır: "Təcili tədbirlər görülməsə..." - Foto

SOCAR 2035-ci ilə qədər layihə portfelini şaxələndirməyi planlaşdırır

Paşinyan Kərki kəndinin Azərbaycana təhvil verilməsi məsələsinə münasibət bildirib

Ayxan Hacızadə: Varşava Forumu anti-Azərbaycan əhval-ruhiyyəsinin qızışdırılmasına yönəlib

Ən çox oxunanalar