Cümə, 11 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tramp qalib gələrsə, İlon Maska hansı vəzifəni verəcək?..

Donald Tramp prezident seçkilərində qalib gələcəyi təqdirdə İlon Maska hansı vəzifəni təklif edəcəyini açıqlayıb...

Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp noyabrın 5-də keçiriləcək seçkilərdə qalib gəlsə, milyarder tərafdarı rəhbərlik etdiyi hökumətin səmərəliliyini artırmaq üçün İlon Maskın başçılığı altında komissiya yaradacağını deyib.

Poliqon xəbər verir ki, bu barədə Reuters Agentliyi məlumat yayıb.

Agentlik məlumatlı mənbələrə istinadən xəbər verib ki, keçmiş ABŞ prezidenti bir neçə həftədir ki, öz köməkçiləri ilə hökumətin səmərəliliyini artırmaq üçün komissiya yaratmaq ideyasını müzakirə edir.

Cümə axşamı Nyu-York İqtisadi Klubunda çıxış edən Tramp ilk dəfə bu ideyanı açıq şəkildə dilə gətirib. Tramp həmçinin ilk dəfə Maskın bu quruma rəhbərlik etməyə razılaşdığını bildirib.

“Mən hökumətin effektivliyi üzrə komissiya yaradacağam, ona bütün federal hökumətin tam maliyyə və fəaliyyət göstəricilərini nəzərdən keçirmək və köklü islahatları tövsiyə etmək tapşırıacaq”, deyə Tramp bildirib.

Öz növbəsində Mask ABŞ-ın keçmiş prezidenti ilə bu məsələ ilə bağlı danışdığını və bu departamentdə işləməkdə maraqlı olacağını bildirib.

“Fürsət yaranarsa, mən Amerikaya xidmət etməyi səbirsizliklə gözləyirəm. Maaş, titul, tanınma tələb olunmur” deyə Mask öz mikrobloqunda yazıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev Pre-COP29-un iştirakçılarına müraciət ünvanlayıb - Yenilənib

Azərbaycanda qadın müdirindən uşaq dünyaya gətirdi

Azərbaycanlı biznesmen oğluna dəbdəbəli ad günü etdi - Video

Polkovnikin faciəli şəkildə həlak olan oğlu dəfn edildi

Bu “sürət”lə hara gedirik? - ADY tənqid edildi

Parlament bələdiyyələrin birləşdirilməsi ilə bağlı yeni qanun layihəsinə baxacaq

İcra başçısının müavininə hücum edildi - Rəsmi açıqlama

İpoteka artırıldı: Bakıda mənzillər bahalaşacaq

Azərbaycanla COP29, Kioto Protokolu və Paris Sazişinin Katibliyi arasında Anlaşma Memorandumu təsdiqlənib

Ən çox oxunanalar