Bazar ertəsi, 07 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ Venesuela rəsmilərinə qarşı sanksiyalar tətbiq edəcək

ABŞ Ədliyyə Nazirliyi Venesuela prezidenti Nikolas Maduro ilə əlaqəsi olan 15 məmura qarşı tezliklə sanksiya tətbiq edəcək...

Poliqon xəbər verir ki, bu barədə Bloomberg Agentliyi mənbələrə istinadən məlumat yayıb. Agentlik yazır ki, ABŞ-ın məhdudlaşdırıcı tədbirləri həmin məmurların azad və ədalətli prezident seçkilərinin keçirilməsinə mane olmaları ilə bağlıdır.

Bloomberg tərəfindən görülən sənədə görə, sanksiyalar seçkilərin nəticələrini saxtalaşdırmaq üçün Nikolas Maduro ilə əlaqə saxlayan məmurları əhatə edəcək. Sanksiya siyahısına Venesuela Seçki Şurasının, Ali Məhkəmənin və SEBIN (daxili və xarici kəşfiyyat) üzvləri daxildir. Nəşr yazır ki, ABŞ Ədliyyə Nazirliyi bu həftə məhdudiyyətlər elan edə bilər.

Bloomberg qeyd edir ki, sanksiyalara məruz qalacaqlar arasında ABŞ-ın Nikolas Maduroya qarşı olanların repressiyalarında, həbslərində, mühakimələrində və işgəncələrində əli olduğunu hesab etdiyi təhlükəsizlik qüvvələrinin nümayəndələri də var. Ədliyyə Nazirliyinin sənədlərinə görə, departament rəsmiləri Maduro hökuməti ilə müxalifət arasında azad və ədalətli seçkilərin təmin edilməsinə dair razılaşmanı pozmaqda ittiham edib.

Xatırladaq ki, Venesuelada seçkilər iyulun 28-də keçirilib. Ölkənin Milli Seçki Şurasının məlumatına görə, hazırkı prezident Nikolas Maduro 51,2%, Edmundo Qonzales 44% səslə qalib gəlib. Müxalifət, exit-poll nəticələrinə istinad edərək, 73% nəticə ilə Qonzalesin qələbəsini elan etdi. Ölkə boyu etirazlar başlayıb.

Ən son məlumatlara görə, bu gün, sentyabrın 3-də Venesuela məhkəməsi Edmundo Qonzales barəsində həbs qərarı çıxarıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanın müdafiə nazirinə yeni müavin təyin olunub

"Tək Bərxudarov deyil, 4-5 generalla bağlı qərar verilib" - polkovnik Üzeyir Cəfərov 

General Mayis Bərxudarov vəzifədən azad olunmasından danışdı

Bakıda qazanxanadakı partlayışla bağlı araşdırmalara başlanılıb, 6 nəfər xəsarət alıb - Yenilənib

Moskvada MDB-yə üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib - Yenilənib

“Baktelecom” qurumdan internet almayanların telefonunu kəsir – Bu nədir, zorbalıq, yoxsa...

Porno model futbol matçının fasiləsində stadionda fanatı ilə sekslə məşğul olub

Bakıda hərbi qaydaların idarə olunması ilə bağlı yüksək səviyyəli seminar keçirilir

Kuba BRICS-də tərəfdaş statusu almaq üçün müraciət edib

ARDNF-nin “Şahdəniz”in işlənməsindən gələn gəlirləri açıqlanıb

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay