Şənbə, 05 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

DİN: Saatlıda qazi və qardaşı xəstəxanada həkimə xəsarət yetirib

"Saatlı rayon sakini, veteran, l qrup əlil Həsən Mehtiyevin təzyiqə məruz qalması iddiaları əsassızdır, barəsində olan ittihamlardan yayınmaq məqsədindən irəli gəlir"...

Bu barədə APA-ya DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib. Qeyd olunub ki, H.Mehtiyev avqustun 25-də saat 21:30 radələrində qardaşı Elgün Mehtiyevlə birlikdə Mərkəzi Rayon Xəstəxanasının Təcili Yardım şöbəsində uca səslə qurumun əməkdaşlarının ünvanına nalayiq ifadələr işlədib və ona qanunsuz olaraq əlavə pereparat verilməsini tələb edib: "Həmin gün xidmətdə olan qadın növbətçi həkim ona tələb etdiyi xüsusi pereparatın normadan artıq olduğunu və onun həyatı üçün təhlükə yarada biləcəyini qeyd edib. Bununla razılaşmayan H.Mehtiyev təkrarən təhqirlər səsləndirib, əlində olan mobil telefonla həkimin sifətinə, qardaşı isə baş nahiyəsinə bir neçə dəfə yumruq zərbəsi vuraraq xəsarət yetiriblər.

Daha sonra H.Mehtiyevin valideynləri də oraya gələrək xəstəxananın əməkdaşlarına qarşı nalayiq ifadələr səsləndirərək onları təhqir ediblər".

Məlumata görə, H.Mehtiyevin törətdiyi xuliqanlıq hərəkətlərinə görə barəsində başlanan cinayət işi üzrə araşdırmalar aparılır, ailə üzvləri barəsində isə qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb. Törədilən xuliqanlıq hərəkətlərinin əks olunduğu görüntülər və digər maddi sübutlar istintaqa təqdim edilib.

Hazırda cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Baş nazir Əhməd Əhmədzadənin vəzifəsini dəyişdi

Ərdoğan: Yaxın Şərqdə hiyləgər planlar işə düşüb

Azərbaycanın inventarına daxil olunacaq "JF-17": Türkiyə əsas rol oynaya bilər

Azərbaycan Premyer Liqası: "Kəpəz" "Neftçi"yə qalib gəlib

Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsinə qələbə ilə başlayıb

Məişət tullantılarının kənar yerlərə atılmasına görə 300 manatdan 7000 manatadək cərimə tətbiq olunacaq

"İrəvan gündəliyi" kitabının təqdimat mərasimi keçirilib - Fotolar 

AYNA: Azərbaycan-Rusiya sərhədində 350 avtomobil gözləyir

Vüqar Bayramov: "Azərbaycan Dəmir Yolları" strateji məqsədləri uğurla reallaşdırır"

Odla ehtiyatsız davranmaqla yaşıllıqları məhv edənlər 1000 manatdan 2500 manatadək cərimələnəcək

Kamran Əliyev Türkiyənin ədliyyə naziri ilə görüşüb

Ən çox oxunanalar