Şənbə, 05 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İlin əvvəlindən Afrikada meymunçiçəyinə yoluxanların sayı 22,8 min nəfərə çatıb

2024-cü ilin əvvəlindən Afrika ölkələrində mpox (“empox”, meymun çiçəyinin yeni adı) yoluxma hallarının sayı 22,8 min nəfərə çatıb...

Poliqon xəbər verir ki, bu barədə Associated Press Agentliyi Afrika İttifaqının tibb xidmətinə - Xəstəliklərə Nəzarət və Qarşısının Alınması üzrə Afrika Mərkəzlərinə (ACDC) istinadən məlumat yayıb.

Bu müddət ərzində 622 nəfər yoluxduqdan sonra dünyasını dəyişib. Üstəlik, son bir həftə ərzində yoluxmaların sayı 200% artıb. Mpox epidemiyasının episentri Konqo Demokratik Respublikasıdır. Xəstəlikdən ən çox təsirlənən yaş qrupu 15 yaşa qədər uşaqlar və yeniyetmələrdir.

Məlumatda qeyd olunur ki, son həftələrdə, yoluxma hallarının və ölümlərdən sonra tibbi xidmətlərdən alınan məlumatlar dəyişib. Bu onunla əlaqədardır ki, bəzi xidmətlər yalnız laboratoriya tərəfindən təsdiqlənmiş halları, digərləri isə mpox şübhəli halları sayırlar.

Avqustun 13-də CDC mpoxun yayılması ilə əlaqədar kontinental sağlamlıq vəziyyətində fövqəladə vəziyyət elan edib. Afrikanın 18 ölkəsində yoluxmuş insanlar müəyyən edilib. Avqustun 14-də Ümumdünya Səhiyyə Təşkilatı Afrikada mpox epidemiyasının beynəlxalq narahatlıq doğuran ictimai səhiyyə fövqəladə vəziyyəti olduğunu bəyan edib.
Qeyd edək ki, mpox, əsasən, mərkəzi və qərbi Afrikanın ucqar ərazilərində tropik meşələrin yaxınlığında baş verən nadir viral xəstəlikdir. Bu xəstəliyin heyvandan insanlara ilk ötürülməsi halı 1970-ci ildə qeydə alınıb. Tipik olaraq, mpox epidemiyaları üçün ölüm halları 10% -ə qədərdir. Bununla belə, ölümlərin əksəriyyəti gənc yaş qruplarında baş verir.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - Yenilənib

Baş nazir Əhməd Əhmədzadənin vəzifəsini dəyişdi

Tağı Əhmədovu ağır vəziyyətdə Təzəpirə gətirdilər

Azərbaycanda həbs olunsa da rütbəsi alınmayan yeganə general

Qonşusunun yetim uşağını döyə-döyə diləndirdi: Bakıda görünməmiş vəhşilik

Tələbənin maşınla öldürdüyü piyada vəzifəli şəxsin atası imiş

Nəsimi rayonunun bir qrup sakini Birinci vitse-prezidentə və "İDEA" İctimai Birliyinin sədrinə müraciət ünvanlayıb

Rusiya əsirliyində nə qədər ukraynalı ölüb? - Ukrayna MN rəqəmləri açıqlayıb

Prezident: Azərbaycanın daha böyük coğrafiyada önəmli ölkəyə çevrilməsi prosesi bundan sonra da uğurla gedəcək

SOCAR: Karbamid Zavodunda istixana qazlarının emissiyası azaldılıb

Azərbaycan Prezidenti: Qələbəmiz göstərdi ki, ədalətsizliyə qarşı mübarizə aparmaq mümkündür

Ən çox oxunanalar