Bazar, 06 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Makmaster: Tramp Əfqanıstandan qoşunların çıxarılmasında iştirak edib

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Amerika qoşunlarının 2021-ci ildə Əfqanıstandan çıxarılmasında iştirak edib...

Poliqon “Newsweek” portalına istinadən xəbər verir ki, bunu Trampın keçmiş müşaviri Herbert Makmaster deyib.

Makmasterin sözlərinə görə, keçmiş prezident baş verənlərə görə qismən məsuliyyət daşıyır, çünki Əfqanıstandan qoşunların çıxarılması şərtləri ilə bağlı “Taliban”la danışıqlara məhz o başlayıb.

Trampın keçmiş müşaviri bu qərarın səhv olduğunu açıqlayıb.

Xatırladaq ki, 2021-ci il avqustun əvvəlində “Taliban” islamçı radikal dini-siyasi hərəkatı Əfqanıstan hökumət qüvvələrinə qarşı hücumlarını gücləndirərək avqustun 15-də Kabilə daxil olub və ertəsi gün müharibənin başa çatdığını elan edib. Bundan əvvəl Bayden adminstrasiyası Əfqanıstandan ABŞ qoşunlarının çoxarılması barədə qərar verib.

İki həftə ərzində Qərb ölkələrinin vətəndaşları və onlarla əməkdaşlıq edən yerli sakinlər fəal şəkildə təxliyə edilib. Avqustun 31-nə keçən gecə Amerika hərbçiləri Kabil hava limanını tərk edərək, ABŞ-ın Əfqanıstanda təxminən 20 illik hərbi mövcudluğuna son qoyub.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Azərenerji” nin prezidenti Balababa Rzayevə şiddətli töhmət elan edilib

Azərbaycan və Özbəkistan hərbçilərinin birgə komanda-qərargah təlimi başa çatıb

İsralin Bunkerə endirdiyi zərbələr nəticəsində Haşim Safiəddindən xəbər yoxdur

“Şöhrət” ordeni ilə təltif edilən Sabir Hacıyev kimdir? - Dosye

Bakıda internetə qoşulmayanların telefonunu kəsirlər? 

"Komedixana"nın aktrisasının aktyorlarla rəqsi diqqət çəkdi - Video

Rayon rəhbəri şəhid anasını 50 illik yubileyi münasibəti ilə ziyarət edib

7 evdən 27 min manatlıq oğurluq edən şəxs saxlanılıb - Video

Vüqar Səfərli yenə narazıdır - Hər şeyini geri istəyir

MDB-yə üzv dövlətlərin xüsusi xidmət orqanları rəhbərlərinin növbəti görüşü keçirilib

Məzahir Pənahovun rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstanda referendumu müşahidə edəcək

Ən çox oxunanalar