Cümə axşamı, 03 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

QHT-lər Avropa İttifaqını İsraillə assosiasiya sazişini dayandırmağa çağırıb

Altmışa yaxın mətbuatı müdafiə edən QHT Avropa İttifaqını İsraillə assosiasiya sazişini dayandırmağa çağırıb...

Poliqon xəbər verir ki, bu barədə France Presse Agentiyi məlumat yayıb. Agentlik onların arasında Sərhədsiz Reportyorlar (RSF), Human Rights Watch (HRW), Jurnalistləri Müdafiə Komitəsi (CPJ) və Avropa Jurnalistlər Federasiyasını (EFJ) olduğunu qeyd edir.

QHT-lər İsrail hakimiyyətini senzura rejimi qurmaqda günahlandırır və Aİ diplomatiyasının rəhbəri Josep Borrell və ticarət komissarı Valdis Dombrovskisdən xüsusilə ticarətə aid olan assosiasiya sazişini dayandırmağı və məsul şəxslərə qarşı məqsədyönlü sanksiyalar tətbiq etməyi tələb edirlər.

Dərnəklər həmçinin yüzdən çox fələstinli jurnalistin ölümündə İsraili günahlandırır və bəzi qurbanların hədəfə alındığını iddia edirlər.

Qeyd edək ki, QHT-lər bu bəyanatla Aİ xarici işlər nazirlərinin avqustun 29-da Brüsseldə baş tutacaq görüşündən əvvəl çıxış ediblər.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

  • Gündəm
  • Aktual
  • Gerçəklər