Şənbə, 12 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Qisas” antiterror əməliyyatından iki il ötür

Azərbaycan Silahlı Qüvvələri tərəfindən Qarabağda qanunsuz erməni silahlı qüvvələrinə qarşı həyata keçirilən “Qisas” antiterror əməliyyatından iki il ötür...

Poliqon xatırladır ki, Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri 10 noyabr 2020-ci il tarixli Bəyanatın müddəalarını kobud surətdə pozaraq 2022-ci il avqustun 3-də Azərbaycan Ordusunun bölmələrinə qarşı terror-təxribat əməli törədib. Terror-təxribat nəticəsində hərbi qulluqçumuz əsgər Kazımov Anar Rüstəm oğlu şəhid olub.

Bundan əlavə, qeyri-qanuni erməni silahlı dəstələrinin ünsürləri KəlbəcərLaçın rayonlarının ərazisini əhatə edən dağ silsiləsində yerləşən Qırxqız yüksəkliyini ələ keçirmək və orada yeni döyüş mövqeləri qurmağa cəhd göstərib.

Azərbaycan Ordusu bölmələrinin keçirdiyi “Qisas” cavab əməliyyatı nəticəsində Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ sisteminin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklər nəzarətə götürülüb. Ardınca bölmələrimiz tərəfindən əlverişli hədlərdə yeni mövqelərin qurulması və təminat yollarının çəkilməsi üzrə mühəndis işləri görülüb.

“Qisas” əməliyyatı çərçivəsində qeyri-qanuni erməni silahlı ünsürlərinin bir neçə döyüş mövqeyi dağıdılıb, keçmiş Ağdərə rayonunun Yuxarı Oratağ yaşayış məntəqəsindəki hərbi hissəyə havadan zərbə endirilib. Nəticədə, qanunsuz erməni silahlılarının canlı qüvvəsi məhv edilib və yaralanıb. Həmçinin bir neçə D-30 haubitsası, hərbi nəqliyyat vasitələri və çoxlu sayda döyüş sursatları məhv edilib.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məmur İntiqam Məmmədovun “topdağıtmaz” sərvəti

Xudatda baş verən qəzada ölən və yaralananların kimliyi məlum olub - Yenilənib 

Risk: “Unibank” bu həftə 501 müştərisi ilə bağlı məhkəməyə müraciət edib...

Araik Arutyunyan, Davit Babayan və digərlərinin həbs müddəti uzadılıb

Maliyyə Nazirliyinin şöbə müdiri işdən çıxdı - Foto

Cəbhədə nə baş verir? - Rusiya ağır itkilər verir, Ukrayna əraziləri tədricən təslim edir...

Bakıda iqlim və inkişaf üzrə nazirlərin görüşü keçirilir

Kobaxidze: Zurabişvilinin dekabrın əvvəlində impiçment yolu ilə vəzifədən kənarlaşdırılması baş verəcək

Fəaliyyətini dayandıran “Xaliq Faiqoğlu” necə sərnişindaşıma xidməti göstərir? – Müəmma

Ən çox oxunanalar