Bazar, 06 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Stoltenberq Çini Ukraynaya qarşı təcavüzün təşkilatçısı adlandırıb

NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, Ukraynadakı münaqişə Rusiya, Çin, Şimali Koreya və İranın nə qədər sıx bağlı olduğunu nümayiş etdirir...

Poliqon xəbər verir ki, NATO-nun baş katibi bu barədə CBS News telekanalına müsahibəsində danışıb. Müsahibəsi zamanı Stoltenberq Çini “Rusiyanın Ukraynaya qarşı təcavüzünün əsas təşkilatçısı” adlandırıb.

“Sədr Si və prezident Putin, digərləri NATOABŞ-ın Ukraynada iflasa uğramasını istəyir. Əgər Putin Ukraynada qalib gəlsə, bu, təkcə prezident Putini deyil, həm də Si Tsinpini cəsarətləndirəcək. Yaponiyanın baş nazirinin dediyi kimi, bu gün Ukraynada baş verənlər sabah Asiyada baş verə bilər”, deyə Yens Stoltenberq müsahibəsində deyib.

Stoltenberq əlavə edib ki, ABŞ-ın digər məsələlərlə yanaşı, Çinlə problemləri həll etmək üçün NATO-ya ehtiyacı var. Baş katib həmçinin qeyd edib ki, alyans bu problemi həll etməyə qadirdir, çünki NATO-nun 30-dan çox müttəfiqi var və onların ümumi ÜDM-i dünya ÜDM-nin 50%-ni ötür.

Xatırladaq ki, iyulun əvvəlində NATO-nun baş katibi bildirib ki, alyans Çinə təzyiqi artırmaq üçün Yaponiya, Cənubi Koreya, Avstraliya və Yeni Zelandiya ilə əməkdaşlığı dərinləşdirmək niyyətindədir. Pekin buna cavab olaraq blokun bu cür bəyanatlarını tənqid edib və Asiya-Sakit okean regionunda öz maraqlarını müdafiə etmək niyyətini açıqlayıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Azərenerji” nin prezidenti Balababa Rzayevə şiddətli töhmət elan edilib

Azərbaycan və Özbəkistan hərbçilərinin birgə komanda-qərargah təlimi başa çatıb

“Şöhrət” ordeni ilə təltif edilən Sabir Hacıyev kimdir? - Dosye

İsralin Bunkerə endirdiyi zərbələr nəticəsində Haşim Safiəddindən xəbər yoxdur

Bakıda internetə qoşulmayanların telefonunu kəsirlər? 

"Komedixana"nın aktrisasının aktyorlarla rəqsi diqqət çəkdi - Video

Rayon rəhbəri şəhid anasını 50 illik yubileyi münasibəti ilə ziyarət edib

7 evdən 27 min manatlıq oğurluq edən şəxs saxlanılıb - Video

Vüqar Səfərli yenə narazıdır - Hər şeyini geri istəyir

MDB-yə üzv dövlətlərin xüsusi xidmət orqanları rəhbərlərinin növbəti görüşü keçirilib

Məzahir Pənahovun rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstanda referendumu müşahidə edəcək

Ən çox oxunanalar