Bazar ertəsi, 07 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Düşüncənin gücü ilə idarə olunan protez yaradıldı

Massaçusets Texnologiya İnstitutunun tədqiqatçıları amputasiya edilmiş insanlara şüurlu şəkildə hərəkət prosesinə cəmləşmədən təbii və normal sürətlə yeriməyə imkan verən inqilabi protez hazırlayıblar...

Poliqon publika.az-a istinadla xəbər verir ki, bionik ayaq istifadəçinin beyin fəaliyyətini deşifrə edir və onu hərəkəti idarə edən mühüm əzələlərdəki sinirlərə bağlayır.

Tədqiqat müəllifi professor Hugh Herrin sözlərinə görə, ilk sınaqların nəticələri təsir edicidir və gələcəkdə protez üzvlərin necə dizayn ediləcəyinə təsir göstərə bilər.

Bununla belə, digər xəstələrin bu cür protezlərdən istifadə etməsinə qədər alimlərin hələ görüləcək çox işi var.

"Nature Medicine" jurnalında dərc edilən araşdırmada qeyd edilib ki, hazırkı protezlərin hərəkət azadlığı və mexanikasında bir çox məhdudiyyətlər var. Alimlər dizdən aşağı ayağını itirmiş insanlara yerişi daha təbii etmək üçün kömək etməyi qarşılarına əsas vəzifə qoyublar.

Yeni texnologiya ilə əvvəlcə ya amputasiya zamanı, ya da daha sonra ayağın kötüyündəki həyati vacib əzələ cütlərini birləşdirən əməliyyat aparılmalıdır.

Bu əzələlərdəki xüsusi sensorlar daha sonra robot nəzarətçiyə siqnallar göndərir ki, bu da ağıllı protezə ayaq biləyini nə qədər əymək və yeriyərkən nə qədər güc tətbiq etmək lazım olduğunu hesablamağa imkan verir.

Əzələ sinirlərindən gələn məlumatlar əvvəlcə protezə, sonra isə canlı üzvün işini xatırladan xəstəyə geri ötürülür. Xəstələr sanki öz xəyali üzvlərini və onun hərəkətini hiss edirlər.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Üç bürc üçün inanılmaz xoşbəxt bir mərhələ başlayıb

Mayis Bərxudarov vəzifəsindən azad edildi və sərəncama göndərildi

Üzeyir Mehdizadə kimdir? Haralıdır və neçə yaşı var? - Şəxsi həyatını sirr saxlayır...

Mayis Bərxudarov komandan vəzifəsindən çıxarıldı - Foto

Xaricdə ali təhsil almış şəxslər peşə tanınması imtahanı veriblər - Yenilənib

"Mən hara, rayon hara?" - İki mindən artıq müəllim yeri niyə boş qalır?

Qəzzada ölənlərin sayı 41,9 min nəfərə çatıb

Ceyhun Bayramov Rusiya Federasiyasına işgüzar səfərə yola düşüb

Dünyanın ən yüksək maaş alan dövlət başçılarının adları açıqlanıb

İsraildə silahlı hücum nəticəsində bir nəfər ölüb, on nəfər yaralanıb

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib - Video

Ukrayna səfiri: Azərbaycanlı tərəfdaşlarımıza göstərdikləri davamlı dəstəyə görə minnətdarıq

Ən çox oxunanalar