Şəkidə 38 yaşlı kişi faciəli şəkildə ölüb...
Poliqon lent.az-a istinadən bildirir ki, bu gün səhər saatlarında Şəki şəhəri Sabit Rəhman küçəsində kişi meyti tapılıb.
Araşdırma zamanı meyiti tapılan şəxsin 1986-cı il təvəllüdlü Şəki şəhər sakini Aqil Şamil oğlu İsmayılov olması müəyyən edilib.
İlkin ehtimala görə, A. İsmayılovun küçə ilə gedərkən üzərinə şüşə düşüb.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Poliqon.info