Şənbə, 05 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

DİM magistratura səviyyəsi üzrə SABAH qruplarında təhsil almaq istəyənlərə müraciət edib

Məlum olduğu kimi, ali təhsil müəssisələrində (ATM) müvafiq ixtisaslaşmalar üzrə tədris aparılan SABAH qruplarına (siyahı) daha hazırlıqlı tələbələrin qəbulunu təmin etmək məqsədilə həmin ixtisaslaşmaları seçmək istəyən bakalavrların ixtisas seçimi ərizələrini doldurmamışdan öncə 7 – 14 iyun 2024-cü il tarixlərində müvafiq ATM-lərdə yaradılan komissiyada müsahibədən keçmələri tələb olunur...

Bu barədə Poliqon-a DİM-dən bildirilib.

Müsahibədə iştirak etmək üçün Dövlət İmtahan Mərkəzinin internet səhifəsində tələbələrin qeydiyyatı aparılır. Qeydiyyat linki (https://eservices.dim.gov.az/ERIZEMAG/qeydiyyatsabah/) 6 – 14 iyun (saat 12:00-dək) tarixlərində aktiv olacaq.

Qeydiyyatdan keçmiş bakalavrlar müvafiq ATM-in təyin etdiyi qrafiklə müsahibəyə dəvət olunurlar. Bunun üçün ATM-in nümayəndəsi tərəfindən bakalavrın magistraturaya qəbul imtahanında iştirak etmək üçün verdiyi ərizəsində göstərdiyi əlaqə nömrəsinə zəng olunur.

Müsahibədə uğur qazanmış bakalavrlara magistraturaya qəbul üçün elektron ixtisaslaşma seçimi ərizələrində digər ixtisaslaşmalarla yanaşı SABAH qruplarına aid müvafiq ixtisaslaşmaları da seçmək imkanı veriləcək.

Bakalavrlar xüsusi olaraq nəzərə almalıdırlar ki, SABAH qruplarının müsahibəsində iştirak edib-etməmələrindən, iştirak edənlərin isə müsahibədə uğur qazanıb-qazanmamalarından asılı olmayaraq, magistraturaya qəbul olmaq istəyən hər kəs DİM tərəfindən elan olunacaq müddətdə elektron ixtisaslaşma seçimi prosesində iştirak etməlidirlər.

Poliqon.info


Etiket: DİM magistratura


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - Yenilənib

Tağı Əhmədovu ağır vəziyyətdə Təzəpirə gətirdilər

Azərbaycanda həbs olunsa da rütbəsi alınmayan yeganə general

Qonşusunun yetim uşağını döyə-döyə diləndirdi: Bakıda görünməmiş vəhşilik

Tələbənin maşınla öldürdüyü piyada vəzifəli şəxsin atası imiş

Nəsimi rayonunun bir qrup sakini Birinci vitse-prezidentə və "İDEA" İctimai Birliyinin sədrinə müraciət ünvanlayıb

Baş nazir Əhməd Əhmədzadənin vəzifəsini dəyişdi

Prezident: Azərbaycanın daha böyük coğrafiyada önəmli ölkəyə çevrilməsi prosesi bundan sonra da uğurla gedəcək

Rusiya əsirliyində nə qədər ukraynalı ölüb? - Ukrayna MN rəqəmləri açıqlayıb

SOCAR: Karbamid Zavodunda istixana qazlarının emissiyası azaldılıb

Putin doğum günündə MDB liderləri ilə görüşəcək

Ən çox oxunanalar