Şənbə, 05 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda narkotik satışı ilə məşğul olan 21 nəfər tutulub - Video

Nərimanov Rayon Polis İdarəsinin və ərazi polis şöbələrinin may ayının əvvəlindən keçirdikləri əməliyyatlarla narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 21 nəfər saxlanılıb...

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən xəbərə görə, qanunsuz dövriyyədən 10 kiloqram müxtəlif növ narkotik vasitə çıxarılıb. Saxlanılanlardan Vüqar Dadaşlı, Tehran İsmayılov və Əhməd Aslanov paytaxt ərazisində narkotiklərin satışını təşkil ediblər.

Saxlanılanlar barəsində cinayət işləri başlanılıb. Tədbir zamanı üzərində qanunsuz olaraq odlu silah gəzdirən əvvəllər məhkum olunmuş Elbrus Hümbətovdan bir ədəd "Kalaşnikov" avtomatı, yeddi ədəd patron və bir ədəd daraq aşkarlanıb. Əməliyyatlar zamanı talama cinayətləri törətdiyinə görə beş, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan 15 nəfər tutulub. Nərimanov rayonu ərazisində müxtəlif təyinatlı kəsici-deşici alətlərin gəzdirilməsinin ictimai təhlükəsizliyə aşkar təhdid yaratması nəzərə alınaraq onların satışının qarşısının alınması istiqamətində də silsilə tədbirlər görülüb. Nəticədə soyuq silah hesab olunan alətlərin satışı ilə məşğul olan iki nəfər saxlanılaraq barələrində qanunamüvafiq tədbirlər görülüb. Onlardan 62 ədəd xəsarət yetirmə təyinatlı alətlər götürülüb.

Poliqon.info

 

 

 

 

 


Etiket: Narkotik Satış


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Baş nazir Əhməd Əhmədzadənin vəzifəsini dəyişdi

Azərbaycanın inventarına daxil olunacaq "JF-17": Türkiyə əsas rol oynaya bilər

Ərdoğan: Yaxın Şərqdə hiyləgər planlar işə düşüb

Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsinə qələbə ilə başlayıb

Azərbaycan Premyer Liqası: "Kəpəz" "Neftçi"yə qalib gəlib

AYNA: Azərbaycan-Rusiya sərhədində 350 avtomobil gözləyir

"İrəvan gündəliyi" kitabının təqdimat mərasimi keçirilib - Fotolar 

Vüqar Bayramov: "Azərbaycan Dəmir Yolları" strateji məqsədləri uğurla reallaşdırır"

Odla ehtiyatsız davranmaqla yaşıllıqları məhv edənlər 1000 manatdan 2500 manatadək cərimələnəcək

Kamran Əliyev Türkiyənin ədliyyə naziri ilə görüşüb

"Kurtlar vadisi"nin məşhur aktyoru Xumar Qədimovanın klipində - Video

Ən çox oxunanalar