Şənbə, 05 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Baydenin qardaşı ABŞ bizneslərini maliyyələşdirmək üçün Qətərlə məsləhətləşib

ABŞ prezidenti Co Baydernin qardaşı Ceyms Bayden Qətər hökumətinin nümayəndələri ilə Amerika səhiyyə müəssisələrinin maliyyələşdirilməsi məsələsi ilə bağlı yaxından məsləhətləşmələr aparıb...

Poliqon xəbər verir ki, bu barədə Politico qəzeti Kentukki ştatının məhkəmə məlumat bazasındakı sənədlərə istinadən məlumat yayıb.

Nəşr bu əlaqələri "Baydeinn qohumu ilə xarici hökumət arasında ən yaxın əlaqələrdən biri" adlandırır. Qəzet Amerika liderinin qardaşının keçmiş biznes ortağı Maykl Lyuittin istinadən yazıb ki, Ceyms Bayden 2017-ci ilin əvvəlində vitse-prezident postunu tərk edən Co Baydendən bir neçə ay sonra Amerika biznesləri üçün Qətər mənbələrindən maliyyə cəlb etmək niyyətində olub. "Politico"ya görə, hazırkı dövlət başçısının qardaşı Qətər rəsmiləri ilə "kifayət qədər güclü əlaqələr" qurub.

Fevral ayında Nümayəndələr Palatasının Nəzarət və Hesabat Komitəsinin və Nümayəndələr Palatasının Məhkəmə Komitəsinin birgə iclasında çıxış edən Ceyms Bayden ABŞ prezidentinin bu işə qarışmadığını və onun biznesi ilə maraqlanmadığını bildirib.

"The Washington Post" yazıb ki, ABŞ Federal Təhqiqatlar Bürosu Ceyms Baydenlə 2008-ci ildə araşdırılan hakimin rüşvət alması işində iştirak edən şəxs arasında əlaqəni qeydə alıb. Hazırda Nümayəndələr Palatasına nəzarət edən respublikaçılar demokrat Baydenə qarşı impiçment araşdırması aparırlar. Bu kontekstdə onlar başqa məsələlərlə yanaşı, prezidentin qardaşı və oğlunun maliyyə məsələlərini də öyrənirlər.

2023-cü il dekabrın 13-də Nümayəndələr Palatası dövlət başçısının impiçmenti ilə bağlı əlavə araşdırma aparılmasına göstəriş verən qətnaməni təsdiqləyib. Dekabrın 2-də Amerika qanunverici orqanının aşağı palatasının spikeri Mayk Conson bildirib ki, Ağ Ev respublikaçıların dövlət başçısı və onun ailə üzvlərindən şübhələndikləri cinayətləri araşdırmasına mane olur.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - Yenilənib

Tağı Əhmədovu ağır vəziyyətdə Təzəpirə gətirdilər

Tələbənin maşınla öldürdüyü piyada vəzifəli şəxsin atası imiş

Azərbaycanda həbs olunsa da rütbəsi alınmayan yeganə general

Qonşusunun yetim uşağını döyə-döyə diləndirdi: Bakıda görünməmiş vəhşilik

Nəsimi rayonunun bir qrup sakini Birinci vitse-prezidentə və "İDEA" İctimai Birliyinin sədrinə müraciət ünvanlayıb

Prezident: Azərbaycanın daha böyük coğrafiyada önəmli ölkəyə çevrilməsi prosesi bundan sonra da uğurla gedəcək

Rusiya əsirliyində nə qədər ukraynalı ölüb? - Ukrayna MN rəqəmləri açıqlayıb

Baş nazir Əhməd Əhmədzadənin vəzifəsini dəyişdi

SOCAR: Karbamid Zavodunda istixana qazlarının emissiyası azaldılıb

Axios: İsrail “Hizbullah”ın yeni liderini öldürmək üçün Beyruta hücum edir...

Ən çox oxunanalar