Çərşənbə, 01 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu klinikalar sertifikasiyadan keçməyən həkimlərlə işləyir? - Siyahı

Analitik Ekspertiza Mərkəzi adı çəkilən klinikalarda yoxlama apararsa xeyli sayda sertifikasiyadan keçməyən həkimlər üzə çıxarda bilər...

Azərbaycan Səhiyyə Nazirliyi tərəfindən 2011-ci ilin yanvar ayından ali tibb mütəxəssislərinin, 2012-ci ildən isə orta tibb işçilərinin sertifikasiya prosesi aparılır. Qanuna görə, sertifikasiyadan keçmədən praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul oluna bilməz.

Ölkədə fəaliyyət göstərən bir çox özəl klinikaların sertifikasiyadan keçməyən həkimlərlə işləməsi brədə mətbuatda dəfələrlə məlumatlar yayılıb. Bildirək ki, hər il Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən  sertifikasiyadan keçməyən həkimlərə görə özəl klinikalar cərimələnir.

AzFakt.com xəbər verir ki, sosial mediada yayılan məlumatlarda Turan Hospital, Xəzər klinikasi, "Kəpəz Hospital", "Medeks Hospital", “Berlin Ailə və Uşaq Klinikası” MMC, "Mərcan" klinikası, “Elmed” klinikası, “Zəfəran” Hospital,  Hospital, Muğan klinikası, “Büllur” klinikası,  MediYus Klinikasında sertifikasiyadan keçməyən həkimlərlərin işlədiyi iddia edilir.  Belə ki, adı çəkilən tibb müəsissəsələrində fəaliyyət göstərən bir çox həkimlərin sertifikatı yoxdur. Məlumata görə klinika rəhbərləri sertifikasiyadan keçməyən həkimlərə öz maraqlarına görə yumurlar.

Qeyd edilir ki, Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi adı çəkilən klinikalarda yoxlama apararsa, tibb müəsissələrində xeyli sayda sertifikasiyadan keçməyən həkimlər üzə çıxardacaq.

İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsinə əsasən, qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə vəzifəli şəxslər 800 manatdan 1000 manatadək, hüquqi şəxslər 6000 manatdan 8000 manatadək məbləğdə cərimə edilir.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Coşqun Əliyev daha yüksək vəzifəyə gətirilir - İddia

Bakı Yelizavetpol xəritəsini təklif etsə… - İoannisyan

Yadplanetlilər bu partlayışda məhv olub - Şok iddia

Növbəti köç karvanı Laçına çatıb, açarlar təqdim olunub - Yenilənib

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

Məşhur ifaları ilə tanınan müğənni Züleyxa Rəhimi vəfat etdi - Foto,Video

Korrupsiya əməliyyatı aparılan qurumdan görüntülər - Video

Ukraynada vəziyyət gərginləşib: Odessa və Xarkovda kütləvi hücumlar - Video

Ən çox oxunanalar