Çərşənbə, 01 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avropa İttifaqı ABŞ-ın müdafiə çətirini itirməkdən qorxur

Amerikanın Avropa ölkələri üzərindəki "müdafiə çətiri" tezliklə bağlana bilər, ona görə də Avropa İttifaqı hətta NATO daxilində də yalnız öz gücünə arxalanmalıdır...

Poliqon xəbər verir ki, bunu Avropa diplomatiyasının rəhbəri Cozep Borrel Brüsseldə keçirilən konfransda çıxışı zamanı deyib.

Söhbət "Soyuq müharibə" dövründə Avropanı qoruyan "çətir"dən gedir. Borrell qeyd edib ki, bu ilin noyabrında ABŞ prezident seçkilərində kimin qalib gələcəyindən asılı olaraq "çatir" bağlana bilər. Bu seçkidə Co Baydenin, yoxsa Donald Trampın qalib gəlməsindən asılıdır.

Diplomat əlavə edib ki, Şimali Atlantika Alyansının əhəmiyyəti qalır, lakin təşkilat daxilində Avropa komponenti meydana çıxmalıdır.

Borrell bildirib ki, müdafiə məsələləri Avropa İttifaqında siyasətin əsas mövzusuna, müdafiə təşəbbüsləri isə Avropa siyasətinin "ürəyinə" çevrilməlidir.

"Ən ciddi mənada müdafiə, hərbi potensialın mövcudluğu Avropa siyasətinin ürəyi olmalıdır", deyə diplomat vurğulayıb.

Borrel həmçinin bildirib ki, Aİ müdafiə və xarici işlər nazirlərinin növbəti görüşündə Ukraynaya yeni hava hücumundan müdafiə sistemlərinin ayrılması müzakirə olunacaq.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakı Yelizavetpol xəritəsini təklif etsə… - İoannisyan

Yadplanetlilər bu partlayışda məhv olub - Şok iddia

Məşhur ifaları ilə tanınan müğənni Züleyxa Rəhimi vəfat etdi - Foto,Video

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

Növbəti köç karvanı Laçına çatıb, açarlar təqdim olunub - Yenilənib

Korrupsiya əməliyyatı aparılan qurumdan görüntülər - Video

Ukraynada vəziyyət gərginləşib: Odessa və Xarkovda kütləvi hücumlar - Video

May ayında gözlənilən maqnit qasırğaları: Ən təhlükəlisi nə vaxt olacaq?

Ən çox oxunanalar