Çərşənbə, 01 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Misir, Fransa və İordaniya İsraili Rəfah əməliyyatına qarşı xəbərdar edib

Misir, İordaniya və Fransa liderləri hesab edir ki, İsrail ordusunun Rəfahdakı əməliyyatı regionda gərginliyə səbəb ola bilər...

Misir, İordaniya və Fransa liderləri - Əbdülfəttah əs-Sisi, II Abdullah və Emmanuel Makron İsraili Qəzza zolağında yerləşən Rəfah şəhərində planlaşdırılan hərbi əməliyyata qarşı xəbərdar ediblər.

Poliqon xəbər verir ki, bu barədə Misirin “Al Youm As-Sabia” nəşri məlumat yayıb. Siyasətçilər birgə bəyanatda belə bir addımın region üçün ciddi nəticələrini vurğulayıblar.

Çərşənbə axşamı Misirin “Al Youm As” portalında dərc olunan bəyanatda deyilir:

“Biz 1,5 milyondan çox fələstinli mülki vətəndaşın evlərini tərk etmək məcburiyyətində qalacağı Rəfahda İsrailin işğalının ağır nəticələri barədə xəbərdarlıq edirik”.

Siyasətçilər əmindirlər ki, İDF əməliyyatı yalnız daha çox ölüm və iztirablara səbəb olacaq.

“Rəsmi Təl-Əvivin bu addımı yalnız Qəzza zolağında yaşayan fələstinlilərin məcburi köçkünlüyünün risklərini və nəticələrini artıracaq. Bundan əlavə, Rəfah əməliyyatı bölgədə gərginliyə səbəb ola bilər”, deyə bəyanatda vurğulanır.

Əl-Sisi, II Abdullah və Makron BMT Təhlükəsizlik Şurasının 2728 saylı qətnaməsinin dərhal və qeyd-şərtsiz yerinə yetirilməsinə çağırıblar. Onlar həmçinin Qəzza zolağında daimi atəşkəsə nail olunmasının vacibliyinə diqqət çəkiblər.

Aprelin 7-də İsrail Qəzza zolağının cənubundan demək olar ki, bütün qoşunlarını çıxarıb. Yəhudi dövlətinin müdafiə naziri bunun Rəfah şəhərində hərbi əməliyyata hazırlıq məqsədilə edildiyini izah edib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Coşqun Əliyev daha yüksək vəzifəyə gətirilir - İddia

Növbəti köç karvanı Laçına çatıb, açarlar təqdim olunub - Yenilənib

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

Korrupsiya əməliyyatı aparılan qurumdan görüntülər - Video

Bakı Yelizavetpol xəritəsini təklif etsə… - İoannisyan

Ukraynada vəziyyət gərginləşib: Odessa və Xarkovda kütləvi hücumlar - Video

Məşhur ifaları ilə tanınan müğənni Züleyxa Rəhimi vəfat etdi - Foto,Video

Ən çox oxunanalar