Cümə axşamı, 02 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Paytaxtda ailə faciəsinə səbəb olan “WhatsApp” statusu: “Darıxmaq şərt deyil”  

Ötən il Bakının Qaradağ rayonunda qadının ərini baltalayaraq ona ağır xəsarətlər yetirməsinin təfərrüatı məlum olub...

Qafqazinfo”nun məlumatına görə, 29 yaşlı Könül Quliyevanın 1987-ci il təvəllüdlü əri Rəsul Quliyevlə (adlar şərtidir) mübahisəsi qadının telefonuna gələn “darıxmaq şərt deyil” məzmunlu mesaj olub.

Məsələ burasındadır ki, ötən ilin yanvarın 21-də Könül Quliyeva dərsində istifadə etmək üçün telefonu qızına verib. Aşağı sinifdə oxuyan qızı isə “WhatsApp” status bölməsində darıxmaqla bağlı paylaşım edib. Məktəbdə Azərbaycan dili-ədəbiyyat müəllimi çalışan Namiq Zeynalov (ad-soyad şərtidir) isə şagirdin statusuna “darıxmaq şərt deyil” mesajını yazıb.

Könülün əri isə bu mesajın onun arvadına yazıldığını düşünərək həyat yoldaşı ilə mübahisə edib. Bu zaman Rəsul mesajı Könülün qardaşına da göndərib. Həmin mesaja isə “Salam, kimdir?” cavabını yazıb.

Qadının məhkəmədə ifadəsinə görə, Könül ərindən zəng edib mesaj yazanın kim olması ilə bağlı maraqlanmağı istəsə də, o, bunu etməyib. Könül ərinin onu ölümlə hədələdiyini, bu səbəbdən qorxduğunu, özünü müdafiə etmək üçün ərinə iki dəfə balta ilə zərbə endirdiyini bildirib.

Rəsul isə məhkəmədə Könüllə heç vaxt barışmayacağını bildirib. O, arvadının ona xəyanət etməsi ilə bağlı düşüncədə qaldığını deyib:

Mənə dedi ki, “eşqim, gəl otur çörək ye”. Oturub çay içəndə başımla balta ilə zərbələr endirdi”.

Darıxmaqla bağlı statusa reaksiya bildirən müəllim də məhkəmədə ifadə edib. O, ifadəsində yanlış anlaşılma olduğunu bildirib:

“Həmin ərəfələrdə şagirdlərin sinfi dəyişmişdi. Uşaqlar elə bilirdilər ki, daha onların müəllimi olmayacağam. Bu düşüncələr mövcud olduğu üçün həmin statusa reaksiya bildirib. Nömrələri telefona uşaqların adı və oxuduqları sinfə uyğun qeyd etmişəm. Ondan sonrakı gün isə mesaj gəldi ki, “Salam, kimdir, tanımadım?”. Gələn mesaja baxanda günorta idi. Bu səbəbdən artıq kim olduğumu bildiklərini düşündüyüm üçün cavab yazmadım. Valideyn iclaslarında Könül xanımın üzünü görmüşəm, onunla heç bir münasibətim olmayıb. Mən sadəcə, şagirdin statusuna reaksiya bildirmişəm, o da anasının nömrəsi imiş. Telefonun kimin istifadəsində olduğunu bilməmişəm”.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Könül Quliyeva doqquz il müddətinə azadlıqdan məhrum edilib.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” – Seymur Orucovun qohumu həbs edildi

Prezident VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib, nitq söyləyib - Yenilənib

Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Azərbaycanda itkin uşaqla bağlı müəmma böyüyür: Görüntüləri kim sildirib? - Video

İran dövlət radio və televiziyasının Azərbaycanda ofisi bağlandı - Foto

Cəlilabadda çiyələyin qiyməti 4 dəfə ucuzlaşıb 

Qubad İbadoğlunun yaşayış yerinin dəyişdirilməsi barədə vəsatət təmin edilib

Talıbovlara bağlı olan 16 milyonluq şirkət ləğv olunaraq 37 milyonluq şirkətə birləşdi

Ən çox oxunanalar